Tibb və kosmetologiya sahəsi gün gündən təkmilləşərək,daim yenilənir.
Yaranan müasir texnologiyalar nəinki xəstəliklərin müalicəsi və qarşının alınması, həmçinin orqanizmin həyat potensialının artırma imkanı yaradır. Belə yeniliklərdən biri də ozon terapiyasıdır.
Ozonterapevt həkimlər, üç atomlu oksigen və ya ozonun bizim orqanizmə sehirli təsir etdiyini bildirirllər. Bəs biz ozon haqda nə bilirik? Havanın tufandan sonra onun qoxusu ilə dolması, insanları ultrabənövşəyi şüalardan qoruyan əsas atmosfer qazlarından biri olması, lazımi miqdarda olmadıqda ozon dəliklərin yaranması və s. kimi məlumatlar hələ hər şey demək deyil. Vacib məqamlardan biri də odur ki, süni yolla alınan ozon qazı, həkim və kosmetoloqlara bir çox xəstəliklərlə mübarizədə və hətta dərinin və ümumi olaraq orqanizmin qocalma prosesini azaldılmasında köməkçi olur.
Ozonla müalicə artıq uzun zamandır, cərrahiyə, stomatologiya, ginekologiya, urologiya və s. tibb sahələrində istifadə olunur. Son zamanlar isə ozonterapiyası kosmetologiyada çox populyar prosedura çevrilib. Dəqiq olaraq – dərinin nahamar olduğunda(selülit), artıq piy yığımları, civzələr və həmçinin yaş dəyişikliklərinin korreksiyası çün istifadə olunur. Ozon terapiyasının hər proseduru nazik iynə ucu vasitəsilə ozonun dərialtına yeridilməsi ilə baş verir, bu isə, təbii mübadilə prosesslərinə, qanın mikrosirkulyasiyasının yaxşılaşmasına, damarların divarlarının möhkəmlənməsinə, dərialtı – piy selüllozunun yenilənməsi və həmçinin mebranın aktiv xüsusiyyətlərinin normallaşmasının təsir edir.
Ozonun – ən güclü antiseptik olmasına baxmayaraq, aseptik və antiseptik qaydalara tam olaraq əməl olunmalıdır. Prosses mikroiynələrlə həyata keçdiyindən, prosedur pasiyent üçün dözüləndir. Heç bir xüsusi nöqtə seçilmədən qaz – problemli zonaya bərabər yeridilir. Prosedur bitdikdən sonra pasiyentə çoxlu miqdarda qazsız su içmək və prosedurun olunduğu sahəyə yüngül masaj edilməsi məsləhət görülülür.
Bu gün ozon terapiyası metodikası liposaksiyanın alternativi sayılır.
Orqanik.az