Dərini tər-təmiz edən 50-qəpiklik vasitə

Salisil turşusu və onun müalicəvi xüsusiyyətləri insanlara hələ XIX əsrdən məlumdur. Əvvəllər salisil turşusu soyüd ağacının qabığından hazırlayırdılar, daha sonra isə onu kimyəvi üsulla hazırlamağa başlayıblar.

Salisil turşusunun əsasında antiseptik, iltihab əleyhinə salisil məlhəmi istehsal edirdilər. Bu ucuz məlhəm indi də müxtəlif dəri problemləri zamanı çox uğurla istifadə oluna bilər.   

Orqanik.az bildirir ki, salisil məlhəmi bir çox dəri problemlərində istifadə olunur:

– Salisil məlhəmi sızanaqları müalicə edir, sızanaqlardan sonra çapıq və ləkələrin (postakne) qalmasına mane olur.

– Burunda qara nöqtələr zamanı da salisil məlhəmi çox yaxşı kömək edir. Dərini buxara verəndən sonra məlhəmi problemli nahiyələrə çəkin.

– Dəmrov, ekzema, müxtəlif dermatitlər zamanı da salisil məlhəmi çox yaxşı nəticə verir.

– Salisil məlhəmi ayaqlarda qabarları (“mazol”) yox etməyə yardım edir. Ayaq dərisini isti suda yumşaldın, sonra qabarın üzərinə salisil məlhəmi çəkilmiş bint qoyun, ayağınızı sarıyın. Səhər sarığı açın. Bunu bir neçə gün edin.

– Yüngül yanıqların daha tez sağalması üçün də salisil məlhəmindən istifadə edə bilərsiniz.

– Yara, kəsik və sıyrıntı zamanı salisi məlhəmi çox yaxşı kömək edir.

– Furunkullardan əziyyət çəkirsinizsə bu ucuz vasitəni sınayın. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.