Yırtıq zamanı bağırsaq ilgəklərinin qarın boşluğuna daxil olması baş verir.
Ümumi məlumat:
Yırtıq yerindən asılı olaraq qasıq və bud yırtıqları ola bilər. Qasıq yırtığı istənilən yaşda ola bilər. Qasıq yırtığı qasıq ətrafı nahiyədə, bud yırtığı qadınlarda, budun yuxarı hissəsində rast gəlinir.
Səbəbləri:
Səbəbləri piylənmə, ağırlıq qaldırma, defekasiya zamanı əzələlərin gərginliyi.
Simptomları:
Qasıq yırtığında simptomlar tədricən yaranır, xayalığın yuxarı hissəsində yumru çıxıntı nəzərə çarpır. Qarnın aşağı hissəsində xayalıq nahiyəsində ağrı olur. Qasıq yırtığında ağrı kəskin arta bilər.
Diafraqmanın qida dəliyi nahiyəsində xarici əlamətlər olmaya bilər. Bu zaman mədədəki möhtəviyyat mədədə qida borusuna qayıda bilər ki, bu da qıcqırmaya səbəb olur, həzm pozulur, döş qəfəsində ağrı, gəyirmə və hıçqırma ola bilər.
Fəsadları:
Yırtığın boğulması – yırtıq kisəsinin qarın boşluğunda divar damarlarının sıxılması nəticəsində ola bilər, bu da bağırsaq ətrafı nahiyyənin qanqrenasına səbəb ola bilər.
Siz nə edə bilərsiniz:
Qasıq yırtığında ağırlıq qaldırmaqdan imtina etmək lazımdır, çünki qarın boşluğuna ikitərəfli təzyiq yaranır. Ağırlıq qadırarkən ayağınızı dız oynağında bükün. Diafraqma yırtığında antasid preparatlat qəbul edin. Bu da mədənin selikli qişasını qıcıqlandırıcı təsirlərdən qoruyur. Yatarkən çarpayının baş tərəfini bir neçə santimetr qaldırmaq lazımdır. Tez-tez, az porsiyalarla qəbul etmək, yedikdən sonra yarımoturaq vəziyyət almaq lazımdır.
Həkim nə edə bilər:
Qasıq yırtığı zamanı cərrahi müdaxilə etmək lazımdır. Diafraqmal yırtıq cərrahi müalicə tələb etmir. Əgər qida borusunda iltihab qıcqırma verirsə cərrahi müalicəyə müraciət etmək lazımdır.
Orqanik.az