Cücərdilmiş buğda çox qiymətli qidalı məhsuldur. Bir çox ölkələrdə cücərdilmiş buğda supermarketlərdə və ya xüsusi dükanlarda “müalicəvi qida” qeydi ilə satılır.
Cücərdilmiş buğdanın tərkibi adi buğda ilə müqayisədə qat-qat zəngindir.
Belə ki, cücərdilmiş buğda omeqa-3 yağlı turşularla zəngindir. Orqanik.az xəbər verir ki, bu həyati vacib maddələr insan orqanimində sintez olunmur və orqanizmə daim qida ilə daxil olunmalıdır. Omeqa-3 xolesterinin səviyyəsini şağı salır, infarkt və insultin riskini azaldır. Yalnız 1 çay qaşığı cücərdilmiş buğdada omeqa-3 yağlı turşusunun günlük dozası var.
Bundan əlavə cücərdilmiş buğda B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə bir çox proseslərdə iştirak edir – beyinin fəaliyyətini stimullaşdırır, stressi və həyacanı azaldır, depressiya zamanı kömək edir, metabolizmi sürətləndirir, qırmızı qan hüceyrələrinin sintezində iştirak edir.
Cücərdilmiş buğda E vitamininin miqdarına görə lider sayılır. Bu vitamin dərinin və reproduktiv sisteminin sağlamlığı üçün olduqca vacibdir. Ən güclü antioksidantlardan biri olan E vitamini orqanizmdə qocalma proseslərini ləngidir, bir çox xəstəliklərin (o cümlədən, ürək-damar sistemi və xərçəng xəstəliklərinin) riskini azaldır.
Qidalı liflərlə zəngin olan cücərdilmiş buğda orqanizmi şlak və toksinlərdən təmizləyir, qəbizliklə mübarizə etməyə kömək edir.
Cücərdilmiş buğda əsl minerallar anbarıdır. Burada kalsium, dəmir, maqnezium, fosfor, kalium, sink, mis, marqans, selen və bir çox digər orqanizm üçün vacib olan maddələr var.
Diyetoloqlar cücərdilmiş buğdanı sağlamlıq üçün ən faydalı məhsullardan biri kimi hesab edir və onu hər gün qidalanmağa daxil etməyi tövsiyə edirlər.
Orqanik.az