İnsan çoxlu su içir, lakin susuzluq azalmır. Bunu əsasən diabet xəstəliyinin simptomu kimi qiymətləndirik.
Lakin keçməyən susuzluq diabetdən əlavə digər xəstəliklərin də simptomu ola bilər.
Bu xəstəliklər arasında:
– Böyrəklə bağlı olan problemlər
Orqanik.az bildirir ki, əgər insan çoxlu su içir və az sidiyə gedirsə, insanda ödemlər varsa, bu böyrək çatışmazlığına işarə edə bilər.
– Paraqalxanvari vəzilərinin fəaliyyətinin pozulması
Bu kiçik vəzlər orqanizmdə kalsiumun səviyyəsini tənzimləyir. Bu vəzilərin fəaliyyətində pozulmalar əmələ gəldikdə keçməyən susuzluq, ümumi yorğunluq, yaddaşsızlıq, əzələ zəifliyi, sümüklərdə ağrılar kimi simptomlar meydana çıxır.
– Orqanizmin intoksikasiyası
İntoksikasiya zamanı orqanizm toksinləri tez yuyub aparmağa çalışır ki, nəticədə insanda susuzluq inkişaf edir.
– Beyin travmaları
Əgər siz yıxılmısınız və ya baş nahiyəsindən hər hansı travma almısınızsa, keçməyən susuzluq ağır pozulma olan beyin ödeminə işarə edə bilər.
– Bəzi dərmanların qəbulu
Bəlğəmgətirici, sidikqovucu, allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər və təzyiqi salan dərmanların qəbulu susuzluğa səbəb ola bilər.
Orqanik.az