COVID sertifikatlarının etibarlılıq müddətinə dair tələb dəyişib

Bu gündən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.

Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

İndiyə qədər qüvvədə olan qərara əsasən, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq bu gündən bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Bu gündən aşağıdakı məkanlara yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə veriləcək:

1. İctimai iaşə müəssisələrinə (kafe, restoran və s.);

2. Mehmanxanalara;

3. İri ticarət mərkəzlərinə;

4. İdman və sağlamlıq-bərpa obyektlərinə;

5. Toy və ya digər şənliklərə;

6. Ali təhsil müəssisələri və kolleclərə.

Dövlət qurumlarında, eləcə də aşağıda sadalanan iş və xidmət sahələrində çalışan işçilərdən də etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı”nın olması tələb ediləcək:

İşçilərinin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiq edən sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrinin SİYAHISI

1. Kommunal sahə üzrə:

1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;

1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

2.2. liman xidmətləri;

2.3. logistika xidmətləri;

2.4. telekommunikasiya və rabitə xidmətləri;

2.5. poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

3.1. sosial xidmətlərin göstərilməsi;

3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

4.1. topdan və pərakəndə ticarət;

4.2. ictimai iaşə;

4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5. Turizm sahəsi üzrə:

5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;

5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti

6. Maliyyə xidmətləri üzrə:

6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

7. Digər sahələr üzrə:

7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

7.5. kirayə və lizinq fəaliyyəti;

7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;

7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;

7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;

7.10. tədris və repetitor xidmətləri;

7.11. tərcümə üzrə xidmətlər;

7.12. dizayn fəaliyyəti;

7.13. fotoqrafiya sahəsində fəaliyyət;

7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

7.16. dezinfeksiya xidmətləri;

7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;

7.18. dərzi xidmətləri;

7.19. bərbərxana və gözəllik salonları;

7.20. baytarlıq fəaliyyəti;

7.21. heyvan sığınacaqları;

7.22. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti;

7.23. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti;

7.24. hamam xidmətləri.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.