COVID-dən xilas yolu AÇIQLANDI

“Ölkəmizdə son günlərdə yoluxma sayının aşağı enməsi dalğanın yavaş-yavaş sönməyə başladığının işarəsidir. Əlbəttə ki, hər bir dalğa bəlli bir müddət içərisində alovlandıqdan sonra yenidən sönməyə doğru gedir. Bu tarix boyu bilinən epidemioloji tarazlıqdır”.

Orqanik.az xəbər verir ki, bu sözləri lent.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı danışan deputat qeyd edib ki, yaxın vaxtlarda koronavirus adi qrip infeksiyasına çevriləcək:

“Keçən illərlə müqayisədə bu gün yoluxanların sayına nisbətdə ölümlərin miqdarında azalma müşahidə olunur. Bunun ən başlıca səbəbləri, birincisi, son iki il ərzində insanların təbii şəkildə virusa yoluxması və ya peyvəndlənməsi nəticəsində xəstəliyə qarşı immun yaddaşın yaranması, ikincisi, səhiyyə işçilərinin ağır xəstələrlə mübarizə aparmaqda qazanmış olduğu təcrübədir. 

Dünyada vaksinasiya prosesi daha da sürətli və davamlı aparılsa, yaxın gələcəkdə bu xəstəliyi sadə qrip infeksiyası kimi qəbul edib, həyatımıza rahat davam edə bilərik”.

Onun sözlərinə görə, xəstəxana daxilində yaranan infeksiyalar vəziyyəti daha da çətinləşdirir:

“İnsanlarda əsas sual yaradan düşüncələrdən biri də ölümlərin hələ də olmasıdır. Bunun səbəbləri araşdırıldıqda müşahidə olunur ki, ölənlər içində peyvənd olunmayan və daha əvvəl bu xəstəliyə heç yoluxmayanlar başda olmaqla, eləcə də yoluxduqdan sonra təşviş və həyəcan içində ehtiyac olmayan dərmanlar, antibiotiklər, digər təhlükəli vasitələrdən istifadə edənlər böyük çoxluq təşkil edir. 

Bundan əlavə, xəstəxanalarda əmələ gəlmiş xəstəxana daxili infeksiyalara yoluxduqda da vəziyyət daha da çətinləşir. Əfsuslar olsun ki, belə xəstələrin müalicəsi çox zaman nəticə vermir. 

Təklif edirəm ki, ağırlaşma halına düşmədikcə xəstəxanalara yatmaq üçün can atmayaq”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.