“Kollektiv immunitetin yaranması iki yolla olur”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O bildirib ki, bu, yoluxma və vaksinasiya nəticəsində olur: “Əhalinin təxminən 47-48 faizi tam peyvənd olunub. Peyvəndləmə sıx vaxtda aparıldıqda bu zaman kütləvi immunitet yaranır. Kollektiv immunitet dedikdə ayrıca ölkə deyil, dünya əhalisinin vaksinasiyası nəzərə alınmalıdır. Virus getdikce potagenliyini itirir. Vaxt keçdikcə, dəfələrlə peyvənd olunduqca, infeksiyanın pandemik gücü ortadan çıxacaq. Bu, zamanla fəsli virusa çevriləcək”.
Orqanik.az