COVID-19-dan sonra həmişəlik qalır

İnfeksion xəstəliklər üzrə həkim Yelena Meskina “Veçernyaya Moskva” nəşrinə müsahibəsində COVID-19-dan sonra müalicəsi mümkün olmayan və əbədi olaraq qalan xəstəlikləri açıqlayıb. 

Orqanik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, koronavirusa yoluxmuş insanların şəkər xəstəliyinə tutulmaq riski meydana gəlir. Mütəxəssisin sözlərinə görə, son laborator tədqiqatlar göstərib ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin 15 faizində əsas nəticələrdən biri birinci və ikinci növ şəkərli diabetdir. Eyni zamanda onlardan ikisinin orqanizmində artıq patogeni var idi və COVID-19 onun erkən üzə çıxmasına təkan verir. Xəstələrin qalan 13 faizi isə ilk dəfədir ki, diabetlə qarşılaşır. 

Meskinanın sözlərinə görə, bir çox xəstələrdə koronavirus infeksiyası fibroza çevrilərək pnevmoniyaya səbəb olur. Nəticədə, ağciyər toxuması çapıqlarla örtülür, bəziləri əbədi olaraq qalır. Həmçinin bəzi xəstələrdə tiroidit inkişaf edir – tiroid vəzinin iltihabı tez bir zamanda xroniki bir mərhələyə çevrilə bilər.

Bundan əlavə, Meskina ürək əzələlərinin iltihabını, infarkt və insultun artmasını COVID-19-un nəticələri adlandırıb. Həkim vurğulayıb ki, bu fəsadlar post-COVID sindromunun inkişafı zamanı yarana bilər, ona görə də sağlamlıqla bağlı şikayətlər olmasa belə əlavə müayinələrdən keçməyə dəyər. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.