COVID-19 beynin qismən kiçilməsinə səbəb olur

COVID-19 beynin qismən də olsa, kiçilməsinə səbəb olur.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın Oksford Universiteti tərəfindən aparılan araşdırmada koronavirusa yoluxmamışdan əvvəl və sonra çəkilmiş beyin MRT-lərini (maqnit rezonans görüntüləmə) müqayisə edən elm adamları beynin ümumilikdə 0,2-2 faiz kiçildiyini müşahidə ediblər.

Hətta xəstəliyi yüngül keçirənlərin qoxubilmə və yaddaşla əlaqəli beynində olan hissələrində boz maddənin azaldığı müşahidə olunub.

Boz maddə yaddaş və qərar qəbuletmə kimi funksiyalar üçün də əsas strukturdur.

Boz maddənin azalması ən çox beynin iybilmə funksiyasının yerinə yetirildiyi hissəsində özünü göstərib. Virusun birbaşa bu

bölgəni hədəf aldığı sübut olunmayıb. Virus səbəbindən qoxubilmə itkisi yaşayanların bu hissədən daha az istifadə etməsi

nəticəsində hüceyrə ölümü də baş verə bilər.

Tədqiqatçılar beyindəki bu dəyişikliklərin qalıcı olub-olmaması ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər, lakin digər tərəfdən, beynin sağalma potensialına malik olduğu qənaətindədirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.