Hibrid immunitet koronavirus infeksiyasına qarşı ən yaxşı qalxandır.
“Medicina” xəbər verir ki, Kanada universitetinin alimləri koviddən qorunmaq üçün nəyin vacib olduğunu araşdırıb.
Onlar koronavirusla bağlı metanaliz aparıb.
26 elmi tədqiqatı araşdırıb belə nəticəyə gəliblər ki, pasiyent koviddən o halda tam qorunur ki, vaksinləşmənin tam kursunu keçib. Eləcə də 1-2 dəfə kovidə yoluxub sağalmaq da hibrid immunitet yaradır. Bu zaman vaksinləşmənin ardıcıllığı və fasiləsi əhəmiyyət daşımır.
Hibrid immunitet 12 aydan sonra da orqanizmdə effektiv fəaliyyət göstərir, 74% hallarda xəstəni ağır gedişatdan qoruyur.
12 aydan sonra bu faiz getdikcə azalır.
3-4 dəfə vaksin olunanlar 12 ay ərzində 94% xəstəxanaya düşməkdən, ağırlaşmaqdan sığortalana bilir.
Bununla yanaşı, digər elmi araşdırmalar əksinə vaksinlərin kovidə, xüsusən yeni mutasiyalara qarşı kiçik bir müdafiə rolunu oynadığını sübut edib.
Orqanik.az