Bildiyiniz kimi son vaxtlar toyuq əti bağlı müxtəlif söz-söhbətlər gəzir, əlbəttə bu, hər kəsin düşüncəsində toyuq əti ilə bağlı suallar doğurur. Ancaq bu vəziyyət yalnız bizim ölkəmizdə belə deyil. Dünyadakı bir çox insan toyuq əti yeməyə tərəddüd edir. Bəs aldığınız toyuq ətinin üzərindəki ağ xətlərin nə olduğunu bilirsinizmi? Evdar.az çiy toyuq ətindəki ağ zolaqların səbəbləri haqqında araşdırmanı təqdim edir.
Bişirmək üçün aldığınız toyuq ətləri ümumiyyətlə çəhrayı rəngdə olur, bunu artıq bilirik. Ancaq toyuq ətindəki bu ağ cizgilər əslində toyuqdakı əzələ pozğunluğunu göstərir. Diqqətlə araşdırdıqda, bu ağ xətlərin toyuq ətində olan əzələlərə paralel olduğunu asanlıqla görə bilərsiniz.
Toyuq ətindəki ağ zolaqlar üzərində araşdırma aparan bir heyvan sağlamlığı qrupu olan Compassion World Farmig, bu günlərdə təəccüblü nəticələri ilə gündəmdədir. Hətta belə bir video paylaşaraq insanları maarifləndirməyə başlayıblar.
Toyuq ətindəki bu ağ cizgilər toyuğun yetişdirilmə şərtlərinin zərərli olduğunu və təbii olaraq istifadəçilər üçün zərərli ola biləcəyini bildirir. Araşdırmalara görə, bu əzələ pozğunluğu ətin dadına, keyfiyyətinə və hətta yağ tərkibinə təsir edir.
Mövzu bu qədər əhəmiyyətli olduqda, təbii ki, istehlakçı olaraq daha diqqətli olmalıyıq. Toyuq ətinin qırmızı ətdən daha qənaətli olduğunu nəzərə alsaq, ondan tamamilə imtina etmək mümkün deyil.
Toyuq əti aldıqda etibarlı yerləri seçmək və əti almamışdan əvvəl hərtərəfli yoxlamaq vacibdir. Xüsusilə toyuq əzələlərinə paralel şəkildə uzanmış ağ xəttlər görürsünüzsə, bu ətlərdən uzaq durmaqda fayda var.
Qısacası alacağınız toyuğun solğun çəhrayı rəngə sahib olduğuna və üzərində ağ xəttlər olmadığına əmin olun. Sağlamlığınıza mənfi təsir göstərəcəyini düşündüyünüz toyuq ətlərini almaqdan çəkinin.