Uşaqların və hətta bəzi böyüklərin belə sevə-sevə yediyi çipsi orqanizmə dəhşətli dərəcədə ziyanlıdır. Çipsilər metobolizmdə müxtəlif fəsadlara yol açır. Çipsinin üzərində araşdırmalar aparan mütəxəssislər onun xərçəngə, diabetə, alzheymer xəstəliyinə belə səbəb ola biləcəyini vurğulayırlar.
Çipsi tərkibində olan kalori və qatqı maddələrinə gə orqanizmə ziyan vuran qidaların siyahısında ön sıralardan birini tutur. Mütəxəssislər çipsinin tərkibində akrilamidin tapıldığını söyləyirlər. Akrilamidin plastik kimya sənayesində işlənilən və siqaretin tərkibində olan kimyəvi bir maddədir. Bu çipsinin tərkibində olan qatqı maddələrinin ən təhlükəlisidir.
Çipsinin kalorili olması onun hazırlanarkən çoxlu miqdarda yağı özünə çəkməsidir. Çipsinin tərkibində trans yağların da olması aşkarlanmışdır. Mənşəyi bəlli olmayan bu yağlar qara ciyərin, mədəaltı vəzin, mədə və bağırsağın fəaliyyətini pozur. Bu yağlar qanın tərkibindəki yağların miqdarını artırır, xolesterolu artırır. Araşdırmalar çipsi yeyən uşaqların piylənməyə meyilli olduğunu da qeyd edirlər.
Çipsin tərkibindəki yağlar damarların daralmasına səbəb olur. Bu səbəbdən də tez-tez çipsi yeyən adamların ürək-damar xəstəliklərinə tutulma şansı artıq olur.
Yuxarıda oxunanları nəzərə alaraq özünüzü və sevdiklərinizi çipsidən mümkün qədər uzaq tutsanız yaxşı olar.
Orqanik.az