Çində Covid-19-un yayılma arealının genişlənməsi müşahidə olunur.
Orqanik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ölkədə son sutkada 9 mindən çox yeni yoluxma aşkar edilib. Bu da ötən həftə ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Rəsmi məlumata görə ölkədəki 61 500 koronavirus xəstəsinin 85%-i simptomsuz şəxslərdir. Mayın 27-dən sonra koronavirusdan ölüm qeydə alınmayıb.
Orqanik.az