Çin tibb alimləri insanın gözlərində xırda damarların vəziyyətinə əsasən insanın ümumi vəziyyəti və ölüm riski barədə məlumat verməyin mümkünlüyünü bildirib.
Belə ki, bu damarların vəziyyəti beyin qan dövranının pis və ya yaxşı olmasını göstərir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, torlu qişada olan damarların yaşı ilə insanın real pasport yaşı arasında fərq var. Bu damarlar pis vəziyyətdədirsə, insanın real yaşı cavan olsa da o qocalmış hesab edilir.
Alimlər yeni elmi məqalədə komputer vasitəsilə 80 mindən çox insanın göz dibinin şəkli araşdırılıb. İnsanların yaşı 40-70 arası idi.
Qurulmuş alqoritm göz dibi və damarlarının vəziyyətinə görə insanın dəqiq bioloji yaşını hesablayır. Torlu qişanın bioloji yaşı ilə insanın real yaşı arasında ciddi fərq ölüm riskinin yaxın olduğunu göstərir.
Hər ötən il bu fərqi 2-3 faiz artırır.
Müəlliflər hesab edir ki, bu metod diaqnostik məqsədlə tətbiq oluna bilər. İnsanlar bununla ölüm riskindən qorunmaq üçün qan-damar sisteminə vaxtında ciddi yanaşar.
Orqanik.az