Sağlamlıq üçün bir çox faydası olan alma gözəllik baxımından da cildə müsbət təsir edir.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, yaşlanma əlamətlərini aradan qaldıran almanın tərkibindəki dəmir solğun cildi daha parlaq edir. Dəridə yaranan qıcıqlanma, qızartı, sızanaq kimi problemləri aradan qaldırır, ölü dəri hüceyrələrini təmizləyir.
Alma maskası:
2 xörək qaşığı alma püresi
1 xörək qaşığı üyüdülmüş yulaf
1 çay qaşığı bal
2 çay qaşığı limon suyu
Ləvazimatları qarışdırıb üzünüzə və boynunuza çəkin. 10 dəqiqə gözlədikdən sonra masaj edərək yuyub təmizləyin. Sonda mütləq nəmləndirici kremdən istifadə edin.
Dərisi həssas olan şəxslərin limon suyundan istifadə etməməsi məsləhətdir.
Orqanik.az