Normal hallarda cift uşaqlıq divarından uşaq doğulduqdan sonra ayrılır. Əgər döl doğulmazdan əvvəl cift yerindən ayrılarsa, buna ciftin vaxtından qabaq ayrılması deyilir.
Bu patologiyaya əsasən təkrar hamiləlik keçirənlərdə rast gəlinir. Buna aşağıdakılar səbəb ola bilir:
– iltihabi proseslər
– selikaltı fibroma
– abort zamanı zədələnmələr
– ağır, gecikmiş toksikozlar
– qorxu, sarsıntı
– nefrit.
Ciftin uşaqlıqdan ayrılması tam və ya hissəvi ola bilir. Hissəvi ayrılma qadın orqanizmində xüsusi bir pozğunluq törətmir. Ciftin tam ayrılması qadın və döl üçün təhlükə törədir, ana qanaxmadan şoka düşür, döldə isə asfiksiya olur.
Ciftin tam və ya qismən ayrılması qəflətən qarında yaranan kəskin ağrılar, arterial təzyiqin enməsi, nəbzin sürətlənməsi ilə özünü ifadə edir.
Ciftin vaxtından əvvəl ayrılmasının əsas diaqnozu USM vasitəsilə qoyulur.
Əgər ciftin erkən ayrılması zamanı qanaxma baş verərsə və hamilə qadının vəziyyəti pisləşərsə, bu zaman ləngitmədən Kesar əməliyyatı tətbiq edilir.
Orqanik.az