Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr

Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Səhiyyə Departamentinin yetkin sakinlərin sağlamlığı üzrə baş mütəxəssisi Andrey Tyajelnikov bahar fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərə tövsiyələrində bildirib.

O izah edib ki, hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz-fındıq, müəyyən ədviyyatlar, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, eləcə də yağlı, şirin məhsulların istifadəsi istisna edilir, yaxud ən azı ciddi şəkildə məhdudlaşdırılır.

“Əgər kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman pəncərələrə cuna tuta bilərsiniz ki, tozcuqların otağa daxil olmasının qarşısını alsın. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür”, – Tyajelnikov əlavə edib.

O vurğulayıb ki, çiçəkləmə dövründə yağışlı havada gəzmək yaxşıdır, meşəyə, parka getmək isə elə də tövsiyə olunmur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.