Çerri pomidoru haqqında bilmədikləriniz

Pomidorun bu növü son illər dünyada çox məşhurlaşıb. Çerri pomidoru ən çox Aralıq dənizi sahillərində yetişdiyinə görə oranın mətbəxinin bütün yeməklərində pomidorun bu növündən istifadə edilir.
Çerri pomidoru bostanda yetişən pomidorlardandır, onu digər pomidor növlərindən fərqləndirən isə meyvələrinin 10-30 qram ağırlığında olmasıdır. Bu pomidordan müxtəlif salatların hazırlanmasında, qəlyanaltılarda, yeməklərdə təzə və ya konservləşmiş halda istifadə edilir. Çerri pomidorunun başqa bir növü də vardır ki, onu qurudurlar. Qurumuş pomidoru onun albalıya bənzər növündən əldə edirlər. Çerri pomidorunun bu növü albalıya bənəziyi üçün onu belə adlandırmışlar. Bu pomidorun dadı böyük ölçüdə olan növlərinin dadı ilə eynidir. Meyvəsinin ölçüsünün kiçik olmasına baxmayaraq çerri pomidorunun budaqları bir-neçə metrə qədər uzanıb qalxa bilir. Bir metr budaqda isə 20-ə yaxın pomidor yetişir.
Çerri pomidorunun da müxtəlif formaları vardır. Onlar uzunsov, dairəvi və armud şəklində ola bilir. Meyvələr də növündən asılı olaraq qırmızı, sarı, çəhrayı, narıncı olur. Təzə pomidor yemək həvəsində olanlar çerri pomidorunu nəinki bostanlarında, hətta pəncərə qabağında dibçəkdə də yetişdirirlər.
Pomidorun bu növünü yetişdirənlər ona mütləq lazım olan qayğını göstərməlidirlər. Belə ki, bitkinin boyu hündürə qalxdıqca ona dayaq vermək lazım gəlir. Pomidorlar yetişən zaman isə onları vaxtında dərmək lazımdır. Əgər pomidor vaxtından əvvəl dərilərsə onun dadı turş olur, yetişib vaxtında dərilməyəndə isə pomidorlar yerə tökülür. Pomidorlar tam yetişdikdə daha dadlı və sulu olduğuna dörə onun vaxtında dərilməsinə diqqət yetirilməlidir. Bu cür toplanmış pomidordan hazırlanan tomat çox dadlı olur.
Dərilmiş pomidoru donduraraq və ya konservləşdirərək saxlamaq mümkündür.
Çerri pomidorunın Tərkibi
100 qram pomidorun kalori dəyəri:
– Zülallar – 0,8 qram
– Yağlar – 0,1 qram
– Karbohidratlar – 2,8 qram
– Su – 18,0 qram
– Kalori dəyəri – 22,4 kKal.
Çerri pomidorunun tərkibi kalsium, fosfor, dəmir, C , E, B qrup vitaminlər, antioksidant, orqanik turşular və likopenlə zəngindir.
Çerri pomidorunın Xeyri
Bu kiçik pomidor tərkibindəkilərə görə ideal qış yeməyi sayılır. Onun tərkibindəkilər sərəst radikallara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Qeyd eləmək lazımdır ki, kiçik pomidorun tərkibində olan faydalı maddələr böyük ölçüdə olan pomidorun tərkibindəkilərdən qat-qat artıqdır. Pomidorun tərkibində olanlar ürək-damar xəstəlikləri, anemiya zamanı çox faydalıdır. Pomidor şirəsi orqanizmdən artıq maddələrin xaric olunmasına səbəb olur. Onun tərkibində olan kalsiumun miqdarı isə sümüklərin möhkəmlənməsi üçün yetərli hesab edilir. Çerri pomidorunun tərkibində olan ən qiymətli maddə likopender. Bu pomidora rəng verən likopendir. Likopen ən güclü antioksidant hesab edilir. Likopen mədə xərçəngi, qida borusu xərçəngi, bağırsaq və ağ ciyərlərdə xərçəngin əmələ gəlməsinin qarşısını alır. Likopen ürək-damar sisteminin möhkəmlənəsinə səbəb olan bir maddə hesab edilir. Çerri pomidorunun tərkibində olan xrom aclıq hissinin aradan qalxmasına səbəb olur. Buna görə də dieta saxlayanlara çerri pomudoru yemək məsləhət görülür. Çerri pomidorundan ən çox ispan, italyan, fransız mətbəxində geniş istifadə edilir.
Çerri pomidorunın Ziyanı
Çerri pomidorundan mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərin istifafə etməsi məsləhət deyil.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.