Səhər yeməyində, naharda, şam yeməyində, demək olar ki, günün müəyyən saatlarında ən çox istifadə etdiyimiz içkilərdən biridir çay. Çayın Azərbaycanda bir başqa yeri var. Çayı bu qədər sevdiyimiz halda ondan fərqli sahələrdə necə faydalana bilərik? Evdar.az çaynikdə qalan çayı qiymətləndirməyin yollarını təqdim edir.
İÇİNDƏKİLƏR
Evdəki Bitkilərinizi Uzun Müddət Nəmli Saxlayın
Çay dəmləndikdən və istifadə edildikdən sonra çaydanda qalmış çayı dibçəkdə bitkilərin dibinə tökmək su ehtiyacını ödəyir ,eyni zamanda təbii gübrədir. Bundan əlavə istifadə etdiyiniz paket çayı bitkilərin dibinə qoyub və ya bitkinin torpağına qarışdıra bilərsiniz. Bu torpağın suyu asan çəkməsinə köməkçi olacaq.
Saçlarınızı Parladın
Saçlarınız mat bir görünüşə sahibdirsə, şampun
tətbiq etdikdən sonra durulama suyuna dəmlikdə qalan ilıq çayı istifadə edin. Saçlarınız
parlaq olacaq.
Boğaz Ağrıları Üçün İstifadə edin
Boğazınızda ağrı varsa paket çaydan
süzdüyünüz dəmi
qarqara edərək istifadə edə bilərsiniz.
Dəri Sağlamlığı Üçün İstifadə Edin
Çox yağlı bir dəriyə sahibsinizsə
duş qəbul etdikdən sonra duruluma suyu olaraq çay dəmiylə dərinizi ovun.
Dəridəki Yaralarınızı Təmizləyin
Çayı dərinizdəki yaraların təmizlənməsi və
antibiotik funksiyası
yerinə
yetirməsi üçün istifadə edə bilərsiniz. Bir pambıq köməyiylə yaranın üzərinə tətbiq edin.
Ayaq Qoxusunu Aradan Qaldırın
İlıq çay dolu bir ləyən içərisində, hər
axşam 10 dəqiqə ayaqlarınızı
saxlayın.
Əlinizə Hopan Yemək Qoxularından Xilas Olun
Xüsusilə yemək hazırladıqda balıq və ya soğan kimi məhsullar
pis bir
qoxu yaradır. Nə qədər sabunla yusanız da o qoxudan xilas ola bilmirsiniz. Bu kimi vəziyyətlərdən
xilas olmağın
ən yaxşı
yolu çaydır. Əlinizi çayla yuyaraq pis yemək qoxularından asanca
xilas ola bilərsiniz.
Soyuducunuzdakı Pis Qoxulardan Xilas Olun
Çaynikdə qalan çayı qurudub bir qabın
içərisinə
qoyaraq soyuducunuzun orta rəfinə yerləşdirin, pis qoxunun yox olduğunu görəcəksiniz.