Çayın daha bir faydası məlum oldu

Qərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adını açıqlayıblar.

Orqanik.az xəbər verir ki, bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə deyilir.

Alimlərin araşdırmasına görə qara çay təzyiqi aşağı salmağa kömək edir.

Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar. Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər.

Təcrübənin ilk günündə, üç və altı aydan sonra təzyiq göstəriciləri qiymətləndirilib.

Nəticədə məlum olub ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir.

Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent də gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər.

Qeyd edək ki, çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, alkaloidlər, flavonoidlər, vitaminlər və sairləri aiddir.

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin “A” ilə izah edilir.

Bu yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yəni allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb.

Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.