Mətbəxdə tez-tez istifadə edildiyi üçün ən çox çirklənən mətbəx əşyalarından biri çaydandır. Daim göz önündə olması isə xanımların çaydan təmizliyinə daha çox diqqət göstərmələrinə səbəb olur. Çaydan təmizliyi üçün hər kəsin ilk əvvəl yönəldiyi marketlərdə satılan hazır məhsullardır. Ancaq bu məhsullar olduqca təsirli olsalar da kimyəvi xüsusiyyətləri olduğu üçün təhlükəlidir. Evdar.az çaydanın ən təbii və asan üsullarla təmizləməyin qaydasını təqdim edir.
İÇİNDƏKİLƏR
Sirkə ilə çaydan təmizliyi
1 stəkan alma sirkəsini çaydanın içərisinə töküb 15 – 20 dəqiqə qaynadın. Daha sonra çaydanı bol su ilə yuyun. Bu üsul sayəsində çaydanı içindəki ərpdən təmizləyəcəksiniz.
Yumurta və kartof qabığı ilə çaydan təmizliyi
Çaydanın içinə 1-2 stəkan su əlavə edin və içinə yumurta qabığı ilə kartof qabığı əlavə edib yaxşıca qaynadın. Daha sonra yaxşıca yuyun bütün ərpin təmizləndiyini görəcəksiniz.
Çaydanı parıldatmaq üçün
Çaydanı parıldatmaq üçün isə sirkə dolu bir qabın içərisinə yerləşdirin və bir gecə gözlədin. Sonra qabın içərisinə bir xörək qaşığı soda əlavə edib bir az daha gözlədin. Daha sonra qab süngəri ilə təmizləyin. Proses bitdikdə çaydan ilk günkü kimi parlaq olacaq.