Yaponlarda otra yaş həddi 79, avstraliyalılar, yunanlar, kanadalılar, isveçrəlilərdə 78 yaş, almanlarda və amerikalılarda 76, ruslar, türklərdə 67 yaş, nigeriyalılarda 47 yaş hesab edilmişdir. Beynəlxalq həkimlər qrupudan ibarər olan bu qurumda işləyən psixoloqlar və dietoloqların nəticələrinə əsaslanaraq uzun ömürlülüyün sirri qidalanmadan və həyat tərzindən birbaşa əlaqəlidir.
1.Yemək stolundan tam doymamış durun. Qidanızı balanslaşdırıb yeyin ki, orqanizminiz daima tonusda qalsın. Çalışın həmişə eyni çəkidə qalın.
2. Yaşınıza uyğun qidalanın. Əgər cavansınızsa, sizin zülala daha çox ehtiyacınız var. Yox əgər yaşınız 40-ı keçibsə sizə bol meyvə və tərəvəz lazımdır. Bu yaşda siz beta-karotinlə zəngin qidalar yeməlisiniz. 50 yaşdan yuxarı olan adamların rasionunda kəsmik, süd və süd məhsulları üstünlük təşkil eləməlidir.
3. Duzdan az istifadə edin. Duz ürək-damar xəstəliklərinin, arterial təzyiq xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir.
4. Bol su için. Çalışın hər gün ən azı 2 litr su için.
5. Sevdiyiniz işlə məşğul olun. Qazancınızın xoşunuza gələn işdən olmasına çalışın.
6. Sevib sevilməyə çalışın. Sevgi hissi insan orqanizminin cavan qalmasına səbəb olur.
7. Sevdiyiniz adamı tez-tez qucaqlayın. Mütəxəssisilər 20 saniyə ərzində sevdiyi adamla qucaqlaşanın qanında kortizol hormonunun artdığını söyləyirlər.
8. Ruhunuzu daima cavan saxlamağa çalışın.
9. Sərin və sakit otaqda yatın.
10. Günəşli gündə ən azı yarım saat piyada gəzin.
11. Düz düşən günəş şüaları altında az gəzin.
12. Soyuq su ilə yuyunun, üzünüzü yuduqdan sonra tez qurulamağa çalışmayın.
13. İdmanla məşğul olun.
14. Gün ərzində ən azı 10 min addım gəzin.
15. Özünüzə və ətrafınıza qarşı diqqətli olun. Geyiminiz və evinizin gözəl və göz oxşayan olmasına çalışın.
16. Özünüzü pis fikirlərdən, söz – sohbətdən uzaq tutun. Daima müsbət emosiyada olmağa çalışın.
17. Beyin hüceyrələrinizin qocalmaması üçün daima beyin çalışdırıcı məşğələlər edin.
18. Optimist olun, həmişə həyata gülümsəyin.
19. Əsəbləşməyin, çalışın əsəblərinizi qoruyun.
20. Heç vaxt qeybət etməyin, pis söz işlətməyin və paxıllıq etməyin.
Orqanik.az