Canan Karataydan xəbərdarlıq: Onları evinizdə saxlamayın, varsa atın!

Evin təmizliyi sağlamlıq üçün çox vacibdir. Təmizlikdə istifadə olunan materiallar da sağlamlığa təsir edən amillər arasındadır.

Türkiyənin tanınmış kardioloqu, professor Canan Karatay təmizləyicilərin tərkibindəki kimyəvi maddələrin sağlamlığa təsirini izah edərək evdar qadınlara xəbərdarlıq edib.

Mütəxəssislər hər fürsətdə yuyucu vasitələrin nə qədər zərərli olduğuna diqqət çəkirlər. Ancaq təkcə istifadə edilən yuyucu vasitələr deyil, qab-qacaq süngərləri kimi təmizləyici materiallar da çox zərərli nəticələrə səbəb ola bilər. Adətən qidalarla bağlı məsləhətlər verən Canan Karatay bu dəfə təmizlik məhsulları ilə bağlı tənqidi xəbərdarlıq edib. Ev xanımlarına müraciət edən Karatay həmin məhsulları evlərinə belə gətirməmələri barədə xəbərdarlıq edib.

Canan Karatay evdar qadınların təmizlik üçün istifadə etdiyi məhsullardan danışaraq, “Evlər yuyucu vasitələrlə doludur. Onlar ən böyük zəhərdir! Onları evlərinizə buraxmayın”, – deyə xqeyd edib. Qab süngərlərinin də təhlükəli olduğunu deyən Karatay onların tez-tez dəyişdirilməsinin vacibliyini vurğulayıb.

O, süngər yerinə bez istifadə etməyi tövsiyə edib. Yuyucu vasitələrlə bağlı da mühüm açıqlamalar verən Karatay bunları deyib:

“Evdə süngərdən istifadə etmirik, bezlərdən istifadə edirik, paltarı daim yuyuruq. Qab süngərlərindəki mikroblar çox isti suda ölür. İsti suda nə bakteriya, nə də virus qalmır. Yuyucu vasitə öldürmür, isti su öldürür. Qeyd etmək lazımdır ki, qab süngərlərini tez-tez dəyişmək lazımdır. Xanımlar artıq yuyucu tozdan istifadə etməkdən beziblər. Yuyucu vasitələr mikrob və bakteriyalardan qat-qat təhlükəlidir. Süngər bir yana, evlər artıq yuyucu tozla doludur. Onlar ən böyük zəhərdir və onu evlərinizə buraxmayın”.

Bu məhsulların DNT-mizi pozan kimyəvi maddələrdən istehsal edildiyini ifadə edən Canan Karatay, “Yuyucu və dezinfeksiyaedici maddələrin tərkibindəki kimyəvi maddələr bədəndəki hüceyrələrin DNT-sini pozur. Bütün xəstəliklərin kökündə orqanizmdə DNT-nin korlanması dayanır. Ona görə də yuyucu vasitələri atın. Paltarlarınızı natrium bikarbonat ilə yuyun. Qabları maşında deyil, adi sabunla yuyun”./

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.