Çərəzlər haqqında inanılmaz faktlar

Çərəzlərin xeyli faydalarının olduğu məlumdur. Tərkibində müəyyən qədər yağlar olmasına baxmayaraq bu qidalar orqanizm üçün olduqca mühümdür.

Orqanik.az xəbər verir ki, çərəzlər təzə, duzsuz və qovrulmamış olmalıdır. Qovrulduqda qida tərkibi azalır və içərisindəki yağ transyağa çevrilir. Çərezlərin qurutma şərtlərinə və saxlama şərtlərinə diqqət yetirilməlidir.

Buna görə də, onların alındığı yerlər standartlara cavab verməlidir.

Sağlam yağları yeyərək yağ əritmək və arıqlamaq mümkündür.

Bunun üçün gün ərzində 20-25 qr, bir başqa deyişlə bir ovuc içi qədər çərəz yeyilməsi yetərli və dəngəli olur. Ancaq bu miqdarı keçdikdə isə çəki almaq qaçılmaz olur.

Faydalı çərəzlərin bir neçəsini sizə təqdim edirik:

Qoz

Qozun faydaları saymaqla bitmir. İçindəki yağ turşuları və maqnezium sayəsində unutqanlıq və ekzema kimi bir çox xəstəliklərə xeyirlidir. Qoz omeqa 3 ilə zəngin olduğu üçün uşaqların zəka inkişafına müsbət təsir göstərir. İçərisində bol miqdarda lif, protein sayəsində Alzeymer xəstəliyinin qarşısının alınmasında təsiri çoxdur.

Tərkibində E vitamini olduğu üçün antioksidan təsir göstərir və yaşlanmanı gecikdirir.

Qoz, tərkibindəki yağ turşuları səbəbiylə ürək xəstəlikləri üçün faydalıdır.

Qoz prostat xərçənginin qarşısını alır. Pis xolesterolu azaltmaqda çox təsirlidir. Gündə 3-4 qoz yemək faydalıdır.

Badam

Badam dəmir, protein, sink, kalsium, kalium, E vitamini kimi minerallarla zəngindir.
Yüksək səviyyədə ko-enzim Q 10 və omeqa 3 olan bir qidadır.

Badam sinə xəstəliklərinin qarşısını alır, infarktın qarşısını alır, yorğunluğu aradan qaldırır, cinsi istəyi artırır, ana südünü artırır.

Hamiləlik dövründə istifadəsi körpənin inkişafına müsbət təsir göstərir. Qəlyanaltılarda 10 badam yeyə bilərik.

Fındıq

Fındıq tərkibində doymamış yağlar olduğu üçün ürək üçün faydalıdır, pis xolesterolu və qan təzyiqini aşağı salır.

Bu çərəz diabetin qarşısını alır. Damarları gücləndirir. Fındıq omeqa 3 yağ turşuları ilə zəngindir, buna görə beyni yaxşılaşdırır. Fındıq dərini gözəlləşdirir. Fındıq stresin qarşısını alır və cinsi gücü artırır. Fındıq, qoz, badam, bal ilə qarışdırılaraq yeyildikdə tam afrodizyak təsiri yaradır. Gündə bir ovuc fındıq yemək məsləhət görülür.

Fıstıq

Alternativ tibb sahəsində fıstıq bir çox xəstəliyin müalicəsində istifadə olunur. Tərkibindəki zəngin vitaminlər sayəsində bir çox müsbət təsirə malikdir. Bağırsaq xərçəngindən qoruyur, sinir xəstəlikləri və depressiya üçün yaxşıdır. Tərkibində polifenolik turşu olduğu üçün mədə xərçəngi riskini azaldır. Öd kisəsində əmələ gələn daşların qarşısını alır. Alzeymer xəstəliyi üçün yaxşıdır. Pis xolesterolu azaldır. Qan şəkərini balanslaşdırır.

Hindistan qozu ( keşyu)

Bol miqdarda maqnezium tərkibi sayəsində qan təzyiqini düzənləyir və yüksək təziyiqin düşməsinə kömək olur. Fosfor və kalium baxımından çox zəngindir.
Hindistan qozu tərkibində mis olduğu üçün saç tökülməsinə və saçların qaralmasına kömək edir. Bundan əlavə, tərkibindəki maqnezium və kalsiumun çox olması səbəbindən ürəyi qoruyur, sümükləri gücləndirir, xüsusilə uşaqlarda sümük inkişafı üçün çox faydalıdır. Yaşlılarda sümüklə bağlı problemlərin yaranmasının qarşısını alır. Eyni zamanda, bu çərəz müntəzəm olaraq qəbul edildikdə safra daşlarının əmələ gəlməsini 25% azaldır. Gündə 5 Hindistan qozu yemək məsləhət görülür.

Balqabaq tumu

Balqabaq tumu gündə 30 qr yeməklə gündəlik maqnit, triptofan, marqans, fosfor və digər elementlərin normasının yarısını almış olursuz. Bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metobolizmi sürətləndirir. Bağırsaq qurd, parazitlərinə qarşı güclü təsiri var.

Zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır. Yorğunluq, əsəb, gərginliyi azaldır, yuxunu tənzimləyir.

Tərkibində ki A, E, C vitaminlər sayəsində dırnaq, saç və dərini sağlamlaşdırır. Depressiyaya qarşıdır, əhvalı yüksəldir, emosional psixoloji durumu yaxşılaşdırır, insan gün boyu gümrah olur. İmmuniteti möhkəmləndirir, təbii immun modulyatordur. Bakteriya və virusları T limfositləri artıraraq zərərsizləşdirir. (publika)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.