Ağ ciyər xəstəlikləri zamanı xəstəliklərə düzgün diaqnoz qoymaq üçün müxtəlif müayinə metodlarından istifadə olunur.Bu müayinə metodlarından biri də bəlğəmin müayinəsidir. Bəlğəmin müayinəsi ağ ciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olan mikrobların və bakteriyalarını növünü müəyyən etməkdə çox yardımçı olur.Xəstəliyi əmələ gətirən mikroorqanizmin tapılması xəstəliyin müalicəsini asanlaşdırır və ağırlaşmaların qarşısını alır.
Bəlğəmin müayinəsi aşağıdakı xəstəliklərin müayinəsi zamanı tətbiq edilir:
– pnevmoniya
– bronxhektaziya
– ağ ciyər absesi
– plevrit
– vərəm və s.
Müayinə zamanı bəlğəmdə olan anaeroblar,mikoplazmalar,xlamidiyalar,pnevmosistlər,mikrobakteriyalar,göbələklər,legionellalar aşkar edilir.Bunun üçün aşağıdakılara əməl olunur.
* Bəlğəmin qrama görə boyanmış nümunələri materialın qopmuş epitel hüceyrələri ilə çirklənmə dərəcəsini qiymətləndirmək üçün kiçik böyümə cihazında baxılır.Qram sınağına görə boyanmış bəlğəmin həssaslığı xəstəliyə diaqnozun qoyulmasına yardım edir.
* Qram sınağına görə boyanmış çirklənməmiş bəlğəmdə qarışıq floranın tapılması anareob infeksiyanın olmasını göstərir.
* Bəlğəmin müayinəsi nəticəsində vərəm xəstəliyinin diaqnozu təsdiqlənir.
* Boyanmış bəlğəm vasitəsilə pnevmositlər müəyyən edilir.
Orqanik.az