Bədəndə damar ulduzcuqları bu ağır XƏSTƏLİKdən xəbər verir

Çiyinlərdə, beldə, sinədə, üzdə əmələ gələn damar ulduzcuqları çox təhlükəli xəstəlik olan qaraciyər piylənməsinin simptomu kimi meydana çıxa bilər.

Qaraciyər piylənməsi zamanı piy qaraciyərin hüceyrələrində toplanaraq iltihaba səbəb olur. İnkişaf etdikcə xəstəlik qaraciyərin toxumasının çapıq toxuması ilə əvəz olunmasına gətirib çıxardır. Təbii ki, çapıq toxuması qaraciyərin toxumasının funksiyalarını yerinə yetirə bilmir və nəticədə sirroz və qaraciyə çatışmazlığı inkişaf edir.

Qaraciyər piylənməsinin əsas təhlükəsi onu uzun müddət ərzində simptomsuz, gizli inkişafıdır. İlkin mərhələlərdə xəstəlik özünü heç bir əlamətlə büruzə vermir.

Orqanik.az Express nəşrinə istinadla bildirir ki, bir çox mütəxəssislərin müşahidələrinə görə, bədən və üzdə əmələ gələn damar ulduzcuqları qaraciyər piylənməsinə işarə edir və bu simptoma mütləq fikir vermək lazımdır.

Qaraciyər piylənməsinin əsas səbəbləri artıq çəki, düzgün olmayan qidalanma və azhərəkətli həyat tərzidir.

Qaraciyər piylənməsinin profilaktikası üçün qidalanmada şəkər və şəkərlə zəngin olan qida və içkilərin qəbulunu minimuma azaltmaq, daha çox tamdənli bitkilər, meyvə-tərəvəz yemək, çox yağlı qidalardan imtina etmək lazımdır. Fiziki aktivlik də qaraciyərin sağlamlığına müsbət təsir edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.