Qara zirə Rəsulullahın (s.a.s) qədim kitablarda çox bəhs etdiyi bir bitkidir. Peyğəmbər (s.a.s ) əfəndimizin yazmış olduğu tibbi kitablarda qara zirə yağı özəl bir yer tutmuşdur. Həmin kitablarda qara zirə haqqında “bütün xəstəliklərin çarəsi” kimi yad edilmişdir. Məhz Məhəmməd Peyğəmbər (s.a.s) qara zirəni vacib sağlamlıq amilinə çevirmişdir. O, öz hədislərində qara zirənin faydaları haqqında bir çox məlumatlar yazmış, müfəssəl reseptlər vermiş və konkret xəstəliklər zamanı tətbiq mexanizmini geniş açıqlamışdır.
Qara zirə yağı antibakterial təsirə malikdir. Onun orqanizmə təsiri ən güclü antibiotiklərlə müqayisəyə gələ bilir.
Qara zirə yağı güclü antibakterial təsirə malikdir. Onun çoxsaylı bakterioloji təsirə malik olması dəfələrlə sübut olunmuşdur. Dünyanın inkişaf etmiş bütün ölkələrinin formokoloji laboratoriyalarında qara zirə yağının faydaları haqqıda yeni araşdırmalar aparılır və yeni nəaliyyətlər əldə etməyə çalışırlar. Məsələn, Anadolu universitetinin Əczaçılıq fakultəsi professoru doktor Neşe Krimer bitkilərlə müalicənin müasir tibbdə öz yerini tapdığını qeyd etmiş və çağdaş dünyada bitki müalicəsinin xeyrinin kimyəvi dərmanların xeyrindən daha üstün olduğunu qeyd etmişdir. Bütün tanınmış əczaçılıq firmalarında ən çox istehsal olunan 10 təbii dərman vasitəsinin siyahısında qara zirə yağı ən üst pillədə durur.
Orqanik.az