Burnunuz axanda bunları etməyin! 6 səhv

Zökəm (rinit) soyuqdəymə və qrippin ən birinci əmələ gələn simptomlarındandır.

Zökəmin müalicəsi zamanı etdiyimiz bəzi səhvlər müxtəlif ağırlaşmalara yol aça bilər.

Orqanik.az zdr.ru-ya istinadla sizə zökəmin müalicəsi ilə bağlı olan vacib məlumatları təqdim edir:

1. Damardaraldıcı burun damcılarından uzun müddət ərzində istifadə etmək olmaz!

Bu damcılar 5 gündən çox istifadə olunmamalıdır. Əks halda bu yerli immunitetin pozulmasına, iybilmənin azalmasına, burun damcılara öyrəşməsinə səbəb ola bilər.

2. Zökəmi müalicə etmək lazımdır!

Bəzən xəstələr zökəmi müalicə etmirlər. Lakin bu da səhvdir. Müalicə olunmadıqda zökəm sinusitlər, haymorit kimi ağırlaşmaların inkişafına səbəb ola bilər.

3. Xalq təbabəti vasitələri ziyan vura bilər!

Mütəxəssislər zökəm zamanı soğan şirəsi və s. bu kimi yandırıcı vasitələrdən istifadə etməməyə çağırır. Bu vasitələr burunun selikli qişasını yandırır, iybilmə reseptorlarına ziyan vurur, burunun faydalı mikroflorasını öldürür.  

4. Zökəm zamanı burunu isitməyin!

Zökəm zamanı burunu qrelka, bişmiş isti yumurta və s. ilə qızdırmaq olmaz. Bu iltihabı daha da artırır, patogen orqanizmlərin çoxalmasına səbəb olur.

5. Antibiotiklərdən istifadə etmək olmaz!

Soyuqdəymə və qripp zamanı antibiotiklərdən istifadə olunmur. Soyuqdəymə və qrippin səbəbi müxtəlif viruslardır ki, onlara antibiotiklər təsir etmir, yəni onları öldürmür. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı istifadə olunur.

İstənilən halda antibiotikləri yalnız həkim lazım olan müayinələrdən sonra təyin edə bilər. Özünə müstəqil şəkildə antibiotik “təyin edən” insan öz sağlamlığını və hətta həyatını təhlükəyə salmış olur. Bütün dünyada bakteriyaların antibiotiklərə qarşı həssaslığının azalması ciddi problemə çevrilib. Alimlərin fikrinə görə, gələcəkdə bu çox ciddi fəsadlara səbəb ola bilər.

6. Parça burun dəsmallarından istifadə etməyin!

Zökəm zamanı yalnız birdəfəlik kağız burun dəmallarından istifadə edin. Parça burun dəsmallarında mikroblar yığılır və dəsmallar nəticədə infeksiya mənbəyinə çevrilir. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.