Astroloqlar hesab edirlər ki, ulduzlara da diqqət yetirərək pəhriz saxlamaq lazımdır.
Arıqlamağın ümumi düsturu dəyişməzdir: yandırılan kalorilərin sayı istehlak ediləndən çox olmalıdır. Yəni yediyinizdən çox xərcləmək lazımdır. Bu sadə və eyni zamanda dözülməz dərəcədə çətindir. Xüsusən də hər şeyi yeyib kökəlməyən insanların nümunəsini görsən. Bürclər deyir ki, bəzən işlərin rəvan getməsi üçün bir-iki məhsuldan imtina etmək kifayətdir. Evdar.az bürclərin hansı qidalardan kökəldiyini, nələrdən imtina etmək və hansı pəhrizi saxlamaq haqqında araşdırmanı təqdim edir.
İÇİNDƏKİLƏR
Od Ünsürü Bürcləri: Qoç, Şir, Oxatan
Bu bürclərin əsas problemi həddindən artıq yeməkdir. Onlar tez-tez həqiqətən ehtiyac duyduqlarından daha çox yemək yeyirlər və süfrəni təkcə doymuş deyil, həm də ağırlaşmış formada tərk edirlər. “Od ünsürü bürclər” üçün kəmiyyət keyfiyyətdən daha vacibdir. Fast food və digər zərərli qidaları sevirlər. Yeməyə yanaşmanızı yenidən nəzərdən keçirməsəniz və daha düşüncəli bir yanaşmaya keçməsəniz, heç bir şeyin nəticəsi olmayacaq.
Qoç
Qoç bürcündən olanlar üçün arıqlamaq kökəlməkdən qat-qat çətindir. Problemli bölgələr qarın, aşağı arxa və budlardır.
Nə yemək lazımdır: Yağsız ət, az yağlı süd və qatıq, qəhvəyi düyü, banan, zeytun, pomidor, yarpaqlı tərəvəzlər, brokoli, lobya, balqabaq, əncir.
Nələrdən imtina etmək lazımdır: ədviyyatlı, duzlu qidalardan, spirtdən.
Şir
Şirlər təbiətcə kifayət qədər əzələlidirlər, lakin tənbəllik ucbatından onlar tez kökəlirlər. Problemli sahələr qarın, bel və ombadır.
Nə yemək lazımdır: yağsızquzu əti, ypendir, xiyar, alma, tam taxıl, badam, düyü, sitrus meyvələri.
Nələrdən imtina etmək lazımdır: ədviyyatlı yeməklər və süd məhsulları (pendir istisna olmaqla).
Oxatan
Oxatanlar sürətlipəhrizlərə vəməşqlərə can atır. Ancaq nəticə əldə edə bilmir. Sağlam həyat tərzi prioritet olmalıdır – o zaman problemlərdən qurtula bilərsiniz. Çəki həddindən artıq ombaya yığılmağa başlayır və tədricən yuxarıya doğru qalxır.
Nə yemək lazımdır: Qırmızı ət, tam taxıl, armud, alma, portağal, yerkökü və turp, zeytun, yarpaqlı tərəvəzlər.
Nələrdən imtina etmək lazımdır: ədviyyatlı yeməklər, desertlər, şəkər və spirt.
Hava Ünsürü Bürclər: Əkizlər, Tərəzi, Dolça
Hava ünsürü bürclər sinir səbəbindən arıqlamaqda çətinlik çəkir. Bir pəhrizə riayət etməyi öhdələrinə götürürlər və dərhal ondan imtina edirlər. Həmçinin, onlara elə gəlir ki, çox az və faydalı yeməklər yeyirlər. Buna görə də, hava ünsürü bürclər üçün yemək gündəliyi tutmaq çox faydalıdır. Beləliklə də özlərini aldada bilməzlər.
Əkizlər
Əkizlər nadir hallarda kökəlirlər, amma kökəldikdə onlara işarə edildikdə çox hirslənirlər. Əkizlər bürcünə pəhriz saxlamaq çox çətindir. Problemli sahələr – bədənin yuxarı hissəsində, çiyinlərdə, qollarda və buxaqda yaranan kökəlmə.
Ən yaxşı pəhriz: Porsiya ölçüsünə nəzarət. Arıqlama sxemi əkizlərə kömək edir.
Nə yemək lazımdır: toyuq, pendir, bolqar bibəri, şaftalı və qreypfrut, gül kələm, yaşıl lobya, pomidor, zəncəfil.
Nələrdən imtina etmək lazımdır: tünd qəhvə, mayalı məhsullar, rafinə olunmuş şəkər.
Dolça
Dolçalar yemək vərdişlərinə nəzarət etməyə meylli deyillər. Dolçalara qoyulan məhdudiyyətlər əks istiqamətdə işləyir: onlar, əksinə, hər şeyi yeməyə başlayırlar. Nəticə ombaların çox tez genişlənməsidir.
Ən yaxşı pəhriz: Dolçaların pəhrizə ehtiyacı yoxdur. Onların aktiv qalması və porsiya ölçülərinə nəzarət etməsi vacibdir.
Nə yemək lazımdır: alma, armud, portağal, kərəviz, bişmiş tərəvəz, pomidor, brokoli, tərəvəz şorbaları, qatıq, yağsız ət, balıq.
Nələrdən imtina etmək lazımdır: tünd qəhvə, şəkər, mayalı məhsullar.
Yer Ünsürü Bürclər: Buğa, Qız, Oğlaq
Göz ardı etmək mümkün olmayana qədər artıq çəki problemi ilə məşğul olmayacaqlar. Əsas bəhanə “Mənim buna vaxtım yoxdur”.
Buğa
Buğalar xüsusilə omba, bel, qarın və yanlardan çox asanlıqla kökəlirlər. Buna görə də ciddi bir pəhriz olmadan edə bilməzlər. Buğa üçün altıdan sonra yemək yeməmək kimi köhnə qayda əla işləyir.
Ən yaxşı pəhriz: oruc tutmaq (aralıqlı oruc).
Nə yemək lazımdır: Yağsız balıq, toyuq, ananas, qulançar, gül kələmi, çuğundur, yaşıl tərəvəzlər, balqabaq, lobya.
Nələrdən imtina etmək lazımdır: nişastalı qidalar.
Qız
Ulduzlar Qız bürcünü dolğunluq və o qədər də yaxşı olmayan həzm sistemi ilə mükafatlandırdılar. Bundan əlavə, Qızlar hər şeyi çətinləşdirməyi sevirlər,lakin sadə pəhrizlər onlarla yaxşı işləyir. Əsas problemli sahələri çiyinlər, sinənin üst hissəsi, qollar və mədədir.
Ən yaxşı pəhriz: zülal və karbohidratlarda balanslaşdırılmış, yağlara nəzarət və kalorilərin hesablanması. Səhər acqarına 2 stəkan ilıq su içmək lazımdır.
Nə yemək lazımdır: Yağsız ət, gül kələmi, brokoli, alma, kərəviz, ispanaq, tam taxıl, tərəvəz şorbaları.
Nələrdən imtina etmək lazımdır: şokolad, yağlı qidalar.
Oğlaq
Oğlaqlar intizamlıdırlar, buna görə də artıq çəkidən nisbətən asanlıqla ayrılırlar. Problemli bölgələr omba, xüsusən dizdən yuxarı, bud hissəsi və beldir.
Ən yaxşı pəhriz: Fasiləli oruc. Səhər acqarına 2-3 stəkan ilıq su için.
Nə yemək lazımdır: Dəniz məhsulları, balıq, yaşıl tərəvəzlər, qaragilə, düyü, fıstıq, tərəvəz şorbaları.
Nələrdən imtina etmək lazımdır: ədviyyatlı qidalar, şokolad, işlənmiş qidalar.
Su Ünsürü Bürcləri: Xərçəng, Əqrəb, Balıqlar
Onlar tez-tez çəki alır və itirirlər, və əlavə santimetrlər çox vaxt yağ deyil, sudur. Buna görə su ünsürü nümayəndələri limfa sisteminin vəziyyətini və bədəndəki su balansını izləməlidirlər.
Xərçəng
Yemək onların sevimli hobbisidir. Yemək yemək Xərçəngləri sakitləşdirir və harmoniya verir. Xərçənglər bişirməyi sevir və bcarırlar. Onlar dadlı, ağır ənənəvi yeməkləri sevirlər. Xərçənglərdə artıq yağlar tez-tez bədənin yuxarı hissəsində toplanır.
Ən yaxşı pəhriz: kalori saymaq və qəlyanaltılara yox demək.
Nə yemək lazımdır: Toyuq əti, çuğundur, badımcan, soya cücərtiləri, portağal və banan, manqo, tam taxıl, balqabaq, qatıq.
Nələrdən imtina etmək lazımdır: duzlu və ədviyyatlı, desertlər, şəkər.
Əqrəb
Əqrəblərdə bədənin yuxarı hissəsində və mədədə əlavə kilolar toplanır. Və onların əsas problemi emosionla yemək yeməkdir. Əqrəblər qidanın köməyi ilə stress və həyəcanın öhdəsindən gəlməyə çalışırlar.
Ən yaxşı pəhriz: Fasiləli oruc
Nə yemək lazımdır: Balıq və dəniz məhsulları, zeytun, banan, tünd meyvələr, buxarda bişmiş tərəvəzlər, yaşıl yarpaqlı tərəvəzlər, çuğundur, xiyar.
Nələrdən imtina etmək lazımdır: rafinə olunmuş məhsullar, mayalı məhsullar, duzlu, desertlər və şəkər.
Balıq
Balıqların əzələli bədən quruluşu və fitnesə sevgisi olur. Balıqlar kökəlməyi sevmirlər – bu, onların xasiyyətinə təsir edir və həyatlarının bütün sahələrinə, hətta karyeralarına da təsir edir. Balıqların artıq çəkis bədənin aşağı hissəsi toplanır.
Nə yemək lazımdır: Yağsız qırmızı ət, düyü, gül kələm, alma, gavalı, dəniz yosunu, paxlalılar.
Nələrdən imtina etmək lazımdır: mayalı məhsullar, şəkər.