Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
Orqanik.az Trend-ə istinadən xəbər verir ki, T.Musayev hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:
“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, – deyə nazir vurğulayıb.
Orqanik.az