Bunu hər səhər etməlisiniz! Sağlamlığı qoruyan VACİB QAYDA

Bağırsaqların normal işləməsi insan sağlamlığında çox böyük rol oynayır.

Bağırsaqların sağlamlığını təmin edən əsas amilllərdən biri onların vaxtında boşalmasıdır.

Xroniki qəbizliklər sağlamlığa ciddi ziyan vurur, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur, müxtəlif bağırsaq xəstəliklərinin və o cümlədən bağırsaq xərçənginin riskini artırır.

Digər tərəfdən bağırsaqlar immun sisteminin işində də böyük rol oynayır ki, bağırsaq problemləri immun sisteminin və bütün orqanizmin zəiflənməsinə səbəb olur.

Orqanik.az bildirir ki, Rusiya qastroenteroloqların fikrinə görə, insan hər səhər, səhər yeməyindən sonra böyük bayıra çıxmalıdır. Bu fiziologiya baxımından ən düzgün vaxtdır. Bağırsaqlar gecə ərzində işləyərək nəcis kütləsini səhər saatlarında orqanizmdən evakuasiya üçün hazırlayır.

Alimlər qeyd edir ki, bağırsaqların səhər saatlarında boşaldılması orqanimdə yüngüllük yaradır, insanda enerjinin artmasına səbəb olur.

Bundan əlavə insan gün ərzində böyük bayıra çıxmaq üçün uyğun vaxt və şarait (bu xüsusilə işləyən insanlara aiddir) tapmaya bilər. Nəticədə insan nəcis saxlamağa məcbur olacaq ki, bu da qəbizliyin əsas səbəblərindən biridir.

Qastroenteroloqlar hər səhər böyük bayıra çıxmaq üçün bu qaydalara əməl etməyi tövsiyə edirlər:

– oyandıqdan dərhal sonra 1 stəkan ilıq su içmək

– gimnastika

– yenə 1 stəkan su

– 20 dəqiqədən sonra səhər yeməyi.

Bundan sonra bağırsaqlar asanlıqla boşalmalıdır. İlk dəfədən bu alınmaya bilər, xüsusilə də insan qəbizlikdən əziyyət çəkirsə. Bu qaydalara hər gün əməl edin və bir vaxt keçdikdən sonra nəticəni görəcəksiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.