Ayaq qoxusu gündəlik həyatda bir çox insanın probleminə çevrilib. Sosial çevrədə isə insanda özgüvənsizlik yaratdığı kimi, psixoloji baxımdan da mənfi təsir edir. Ancaq bu problemdən, tətbiqi asan üsullarla qurtulmaq mümkündür. İndi sadalayacağımız təbii üsulları tətbiq edərək sözügedən problemdən xilas olabilərsiniz.
Orqanik.az lent.az-a istinadən ayaq qoxusunu təbii üsullarla aparmaq və tətbiqi tövsiyə olunan reseptləri təqdim edir:
1- Limon suyu
Bir vedrəyə ilıq su doldurub üzərinə bir stəkan limon suyu əlavə etdikdən sonra ayaqlarınızı 20 dəqiqə suda saxlayın.
2- Limon qabığı
Təmiz ayaqları limon qabığı ilə mütəmadi olaraq oxalamaq ayaq qoxusu probleminə əlac edə bilər.
3- Epsom duzu
Bir vedrəyə 1 çay qaşığı Epsom duzu tökün və üzərinə biraz qaynar su əlavə etdikdən sonra ayaqlarınızı təxminən 30 dəqiqə hazırladığınız məhlulda saxlayın. Sonra bir dəsmal ilə qurudun və nəmləndirici çəkin.
4- Pudra
Pudra ayaq qoxusuna çox yaxşı təsir edən təbii üsullardan biridir. Ayaqların tərləməsi və nəmlənməsi başda olmaqla qızartıların qarşısını alır. Qoxusunu azaldır.
5- Lavanda, çay ağacı və evkalipt efir yağı qarışığı
Bir vedrəyə iki litr su doldurun üzərinə evkalipt, Lavanda və çay ağacı efir yağlarından 10 damcı əlavə etdikdən sonra qarışdırın. Ayaqlarınızı 20 dəqiqə məhlulda saxlayın.
6- Qara və ya yaşıl çay
Bir vedrəyə 2 stəkan dəmlənmiş çay tökün və üzərinə bir az ilıq su əlavə edin. Ayaqlarınızı suda 20 dəqiqə saxlayın. Eyni prosesi 10 gün tekrar edin.
7-Yulaf sıyığı
Suda isladılmış təzə yulaf sıyığı ilə ayaqlarınızı oxalayın. Təmiz su ilə duruladıqdan sonra nəmləndirici çəkin.
8-Sirkəli Su
Bir litr suya 2 stəkan alma sirkəsi əlavə edin və ayaqlarınızı bu suda isladın.
9-Çörək sodası
Bir vedrəyə 1 litr su doldurun və üzərinə 1 paket çörək sodası əlavə etdikdən sonra məhlul ilə ayaqlarınızı isladın.
10-Qoz yarpağı
2 xörək qaşığı qurudulmuş qoz yarpağını 2 litr suda qaynadıb bir az soyumasını gözləyin. Daha sonra ayaqlarınızı hazırladığınız məhlulda yarım saat saxlayın.
Təsirini dərhal görmək üçün 7 gün müntəzəm tətbiq edin.
11-Adaçayı və nanə
2 litr suda 1 xörək qaşığı adaçayı dəmləyin və bir qaşıq nanə əlavə edin. Biraz soyumasını gözlədikdən sonra ayaqlarınızı təxminən 15 dəqiqə məhlulda saxlayın. Bunu həftədə 4 dəfə tətbiq etdikdə ayaq qoxusu yox olacaq.
12- Hind xınası
Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış xına mədəniyyəti ayaq sağlamlığı baxımında məxsus xüsusiyyətə sahibdir.
13-Duz
Bir ləyənə ayaqlarınızı örtəcək qədər isti su tökün. Üzərinə duz əlavə edib qarışdırdıqdan sonra bir neçə dəqiqə ayaqlarınızı duzlu suda saxlayın. Bunu həftədə bir dəfə tətbiq edin.
14-Efir yağı qarışığı
Bir ləyən ilıq suya 8 damcı nanə efir yağı, 8 damcı kəklikotu efir yağı və 1 xörək qaşığı daş duzu tökün və ayaqlarınızı 30 dəqiqə bu məhlulda saxlayın.
15-Krem resepti
• 12 damcı evkalipt efir yağı,
• 1 çay qaşığı buğda rüşeym yağı,
• 1 çay qaşığı zeytun yağı,
• 1 xörək qaşığı badam yağını qarışdırın və hazırladığınız bu kremi həftədə 3 gün yatmazdan əvvəl ayaqlarınıza çəkin.
Orqanik.az