Bunlar sizi keçəlləşdirir

Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir. Bir çoxları isə keçəllikdən əziyyət çəkir. Təkcə qadınların yox, kişilərin də əhvalı onların saç düzümündən hiss olunur. Əhvalının hər zaman xoş olmasını istəyirsənsə, saçlarına sahib çıx. Saçlar niyə tökülür?

Orqanik.az Axşam.az-a istinadən keçəlliyə səbəb olan amilləri təqdim edir.

Almaniyanın Bonn Universitetinin alimləri kişilərin keçəlləşmə probleminə qarşı araşdırma aparıblar. Həkimlər dazlaşma problemi olan kişilərdən qan analizi götürüb, gen qruplarını müəyyən ediblər. İlkin səbəb androgen reseptorlarında, yəni X-xromosom qrupunda aşkarlanıb. Müəyyən olunub ki, başda androgen reseptoru nə qədər çox olarsa, saçların tökülmək təhlükəsi bir o qədər də çox olar.

Qeyd edək ki, 70-72% kişilərin keçəlləşməsinə səbəb anadan övladına, yəni ananın atasından nəvəsinə ötürülən gendir.

Siqaret saç tökür

Təkcə almanlar yox, çinlilər də bu problemlə maraqlanıb, incəliyinə kimi araşdırmaq qərarına gəliblər. Belə ki, Tayvanda kişilər başqa millətlərə nisbətən, daha çox tük itirməyə meyillidirlər. Tayvan hospitalında müxtəlif yaş həddində, 470 keçəl kişi arasında aparılan araşdırmada kişilərin siqaretə aludə olduqları ərəfə müəyyən olunub və saç tökülməsinə diaqnoz qoyulub. Beləcə, nikotin saç soğanaqlarında tük follikulasının qan dövranını dağıdıb, saçın ən sıx və görünən hissəsinə təsir edib, onu seyrəkləşdirir.

Hormonal aktivlik

İnsanın alın hissəsində yerləşən hormonların aktivliyi nəticəsində də saç tökülməsi ilə üzləşmək olar. Tük soğanaqlarında yerləşən reseptorlar hormon molekullarına təsir edir və nəticədə saç tökülür. Uzun müddət hormonal tərkibli dərmanlar qəbul etmək də hormonal pozğunluğa səbəb ola bilər. Antibiotiklər və digər kimyəvi maddələr zamanla orqanizmdə toplanıb, saçların uzanmasına mane olur. Yaşlandıqca tüklər uzanmağa macal tapmamış, tökülməyə başlayırlar.

Papaqsız gəzməyin!

Yay – qış deməyib, başını yuyub, jele sürtüb, darayıb, qızların xoşuna gəlməkdən ötrü qışın şaxtasında dona- dona küçəyə çıxırsan. Valideynlərinin “başına papaq qoy!” kimi iradları sənə təsir etmir. Düşünürsən ki, bu sözləri ancaq balaca uşaqlara demək lazımdır. Amma unutma ki, yayda və qışda papaqsız gəzmək zamanla keçəlləşməyə gətirib çıxarır. Çünki günəşin ultrabənövşəyi şüaları saçları yandırır, qışdasa şaxta saç soğanaqlarını dondurub, tük follikulasını dağıdır.

Gözəllik qurban tələb edir

Kəpəklə mübarizə aparmaq üçün “kəpək əleyhinə şampun”lar başın dermo qatında şəffaf mühafizə qatı yaradır. Bu da tüklərin nəfəs almasına mane olur. Nəticədə, soğanaqlar havasızlıqdan məhv olur. Saç üçün adi şampunları alarkən onların son istifadə tarixinə fikir verin. Vaxtı ötmüş şampunlar sizi zamanla keçəl
qoya bilər.

Xəstə saçlar

Əgər saçların səbəbsiz yerə tökülməyə başlayıbsa və yuxarıda sadalanan variantların heç biri sənə aid deyilsə, o zaman həkimə müraciət etmək məsləhətdir. Ya da bu xəbəri biz sənə çatdıraq: gözün aydın, saçların xəstələnib. Amma burada qorxulu heç nə yoxdur. Xəstəliyə qalib gəlmək üçün bu rasiona diqqət yetir:

Olar:

Yaşıl alma
Süd, duzsuz ağ və holland pendiri
Günəbaxan tumları
Tərəvəzlər
Qara çörək

Olmaz:

Xama
Yağlı və duzlu yeməklər
Un məmulatları, şirniyyat
Mürəbbə
Şokolad

Yeməklərə E vitamini əlavə etmək saçların sağalmasına kömək edər.

Saç tökülməsinin qarşısını almaq üçün yemək rasionunuza A vitamini bol olan qidalar daxil edin. A vitamini daha çox kökün, balığın, dəniz bitkilərinin, əriyin və inəyin qaraciyərinin tərkibində olur.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.