Səhhətimizdə hər an hansısa bir xoşagəlməz hal yaşana bilər. Bunun üçün hər dəqiqə həkimə müraciət etməyi çoxları arzulamır.
Orqanik.az Axşam.az-a istinadən gündəlik həyatınızda sizə lazım olacaq məsləhətlər təqdim edir:
Gün ərzində 3 banan yemək orqanizmin gündəlik kalsium ehtiyatını ödəyir və ürəyi sağlam saxlayır.
Babasilin çarəsi
Mütəxəssislər kişilərin ən qorxulu bəlası olan babasilin əla çarəsini tapıblar. Sən demə, bu xəstəliyi təkcə dərmanla yox, həm də təbii otlarla müalicə etmək mümkündür.
2 xörək qaşığı ağcaqovaq bitkisindən götürüb, 300 ml. isti suya tök. Azca qaynadıb, 1 saat dəmləməyə qoy. Gün ərzində bu qarışıqdan 3 dəfə 1/3 stəkan iç.
Qoyunqıran otundan 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar suya tök. Gün ərzində 3 dəfə məlhəmdən iç. Müalicəni 10 gün davam etdirmək lazımdır.
“Paxmel”ə bal kömək edəcək
İngiltərə alimlərinin kişilərə xoş xəbəri var. Onlar, alkoqolun “paxmel”indən ayılmaq üçün baldan istifadə etməyi məsləhət görürlər. Bal bədəndəki bütün zəhərləri çıxarır. Spirtli içki içdikdən sonra bir az bal yeyib yat. Ayılandan sonra özünü gümrah hiss edəcəksən.
O2 kokteyli
Bu kokteyli hazırlamaq üçün sənə yumurta ağı, jelatin, biyan kökü şirəsi, süd, azca su və “spume” qarışığı (köpük yaratmaq üçün kokteyllərə tökülən toz halında olan maddə) lazım olacaq. Yumurtanı beze halına gələnə qədər mikserlə qarışdırıb, üzərinə digər ərzaqları tök. Köpük halına gələnə qədər mikserlə çal.
Hər dərdə məlhəm olacaq yağ
Qırmızı bibərdən hazırlanan yağ sizi bir çox xəstəliklərdən qurtaracaq. Bu yağı evdə hazırlamaq lazımdır. Bunun üçün…
Bir tənəkə qab (nazik dəmirdən olan qab, pivə qabı) götürüb, içərisinə acı, qırmızı bibərləri doldurub, ağzına kimi kimi duru yağ tök. Onu içərisi su ilə dolu qaba qoy. Vam odda 1 saat qaynat. Yağ soyuduqdan sonra şüşə qaba töküb saxla.
· Qrip zamanı və boğaz ağrılarında bu yağdan sinəyə sürt.
· Bədənində hansısa bir yer əzilsə, həmin yeri bu yağla masaj et.
· Damar ağrılarını bibərli yağl
Orqanik.az