Həkim diyetoloq və qastroenteroloq Svetlana Nezvanova bildirib ki, alkoqol həmişə bədənə zərər verir.
Orqanik.az “Medicina”ya istinadən xəbər verir ki, sağlamlıq məsələsi alkoqolun miqdarından, bədənin bərpa olunma qabiliyyətindən asılıdır. Xüsusilə, spirtli içkilərin beyinə təsiri, idrak funksiyalarını zəiflətməsi mübahisəsizdir.
Spirtli içki çox qəbul etdikdə B1 vitamin çatışmamazlığı meydana gəlir. Eləcə də beyinə köməkçi olan sinir toxumasının hüceyrələrini məhv edir.
Həkim qeyd etdi ki, bəzi xəstəliklərdə spirtli içki qətiyyən olmaz.
Xroniki pankreatit, xolesistit zamanı qazlı içkilər zərərlidir, buna görə də az miqdarda olsa belə, şampan, pivə və ya kokteyllərdən uzaq olmalısınız.
Qida allergiyası, histamin istehsalının artması zamanı – qırmızı şərab içmək olmaz.
Qaraciyərin zədələnməsi – ciddi patologiyalar halında hər hansı bir spirt qəbuledilməzdir.
Alkoqolun birdəfəlik qəbulu qəti şəkildə sirroz və fibrokistik pankreatit xəstəliyi olan insanlara olmaz.
Orqanik.az