Bu xəstəliyi olanlara xəbərdarlıq: “Omikron”un risk qrupundadırlar

Müəyyən göz xəstəlikləri olan şəxslər “Omikron”a daha həssas olan insanların kateqoriyasına daxildir.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru, Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin eksperti Tatyana Şilova xəbərdarlıq edib.

“Əvvəla, bu, görmə orqanının qişasının bütövlüyünün pozulduğu xəstəliklərə aiddir, yəni quru göz sindromu, allergik təzahürlər, iltihab, konjonktivit və keratit (gözün buynuz qişasının iltihabı)”, – deyə o, izah edib.

Onun sözlərinə görə, selikli qişası artıq hansısa dağıdıcı proses nəticəsində zədələnmiş şəxslər risk qrupuna daxildir.

“Bu zaman hər hansı bir yoluxucu agentin, o cümlədən koronavirusun içəri daxil olma ehtimalı daha yüksəkdir”, – deyə Şilova əlavə edib.

Oftalmoloq həmçinin qeyd edib ki, digər ştamlarla müqayisədə “Omikron” göz xəstəliyi olanlar üçün daha çox yoluxma riski daşıyır.

“Bununla belə, “Omikron”un görmə orqanından nüfuz etməyi asanlaşdıran heç bir xüsusi mexanizm yoxdur. Ştammın bu xüsusiyyəti daha yüksək səviyyəli yoluxuculuğu ilə əlaqələndirilir”, – deyə həkim sözlərini yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.