Səbəbsiz artıq çəki qazanmaq, daim yorğun hiss etmək, dəri quruluğu, aqresiv ruh halı, unutqanlıq kimi simptomlardan əziyyət çəkirsinizsə, Haşimato xəstəliyiniz ola bilər.
Publika.az xəbər verir ki, qadınlar arasında tez-tez rast gəlinən bu xəstəlik tiroid (qalxanvari vəzi) hormonlarının səviyyəsinə görə dəyişə bilir.
Haşimato tiroidi hormon əksikliyi səbəbilə yaranır. Bu xəstəlik tiroid vəzlərinin immun xəstəliyi də adlanır. Xəstəliyin yaranma səbəbi dəqiq olaraq bilinmir. Lakin proses belə baş verir: immun sistemi bakteriya, virus, göbələk və parazit kimi zərərvericiləri tiroid vəzlərinə istiqamətləndirir. Beləliklə, onları yox etməyə çalışır.
Xəstəliyin yaranmasının ilk dövrlərində tərləmə, ürəkdöyünmə, istilik, əsəbilik, yuxusuzluq kimi simptomları olur. Yavaş-yavaş işləyərkən isə ödəm, dəri quruluğu, qəbzlik, yuxululuq, unutqanlıq kimi nəticələr doğurur. Buna rəğmən, xəstəlik gizli şəkildə inkişaf edər. Analizlərdən sonra təsadüfən ortaya çıxar.
Haşimato tiroidi xəstəliyi şəkərli diabet qədər geniş yayılıb. Bu xəstəlik qadınlarda və yod çatışmazlığı olan insanlarda daha tez yaranır, habelə hər yaşda ortaya çıxa bilər.
Mütəxəssislər tövsiyə edir ki, sağlam qidalanma ilə xəstəliyin irəliləməsinin qarşısını almaq olar. Qluten, taxıl, yumurta, soya, süd məhsulları, paxlalı bitkilərdən uzaq durmaq lazımdır. Kələm, brokkoli, gül kələmdən az miqdarda istifadə etməkdə fayda var. Həftədə 1-2 pors çuğundur yeyilə bilər. Sümük suyu və jelatinlə zəngin olan qoyun kəllə-paça suyu içilməlidir. Yeməklərə zəncəfil əlavə etməkdə fayda var. Böyürtkən, quşüzümü, moruq yemək məsləhətdir.
Orqanik.az