Parkinson xəstəliyindən əziyyət çəkənlərin əksəriyyəti 60 yaşdan yuxarı insanlardır. Dünyada 10 milyondan çox şəxs bu problemlə mübarizə aparır. Statistikaya görə, kişilərdə xəstəliyə tutulma halları qadınlara nisbətən 1,5 dəfə çoxdur.
Orqanik.az lent.az-a istinadla bildirir ki, Parkinson Fondunun proqnozlarına əsasən son dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson xəstəliyi 2040-cı ildə 12 milyondan çox insanın həyatına təsir edə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinson xəstəliyi səbəbindən əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətlə artır.
Aclıq, iqlim dəyişikliyi və müxtəlif xəstəliklər kimi bir çox qlobal problemlərə dair elmi məlumatları dərc edən “Our World in Data” internet saytı Avropanı 2019-cu ildə Parkinson xəstəliyindən ölümlərin ən çox qeydə alındığı qitə kimi təsvir edib. Saytda Yunanıstan “Parkinson xəstəliyi səbəbindən ölüm hallarının ən çox qeydə alındığı Avropa ölkəsi” kimi qeyd olunub.
Mütəxəssislər xəstəlik və ölüm saylarının artmasını demoqrafik artımla yanaşı, orta ömür müddətinin uzanması ilə əlaqələndirirlər.
Orqanik.az