Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər

Bir sıra müasir elmi araşdırmalar sübut edib ki, süni vitaminlərin qəbulu orqanizmə nəinki fayda vermir, əksinə ziyan vurur, hətta bəzi ciddi xəstəliklərin riskini artırır.

Belə ki, A vitamininin həddindən artıq miqdarda qəbulu dəri xərçənginin, C vitaminin normadan artıq miqdarda qəbulu isə qaraciyər və böyrək xəstəliklərinin riskini xeyli artırır.

Son elmi araşdırma göstərib ki, B6, B9, B12 kimi vitaminlərin normadan artıq qəbulu ağciyər xərçənginin inkişafına təkan verə bilər. Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, siqaret çəkən insanlarda bu risk qat-qat daha böyükdür.

Ekspertlər vurğulayır ki, məsələn, B12 vitamininin gündəlik norması 55 mqr-dır və adi qidalanan insan bu normanı asanlıqla ala bilir. Bəzi vitamin komplekslərində B12-nin miqdarı 1000 mqr (!) çata bilər ki, bu da orqanizmdə B12-nin profisitini (orqanimdə normadan çox olması) yaradır.

Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda vitaminin defisiti onun profisitindən daha ziyansızdır.

Əslində sağlam insana heç bir əlavə süni vitamin lazım deyil. Normal qidalanan insan bütün lazım olan vitamin və mineralları qidadan asanlıqla ala bilir. Hipo- və xüsusilə də avitaminoz çox nadir pozulmalardır ki, onların inkişafı yalnız bəzi xəstəliklər, aclıq, özbaşına tutulan pəhrizlər zamanı mümkündür.  

İstənilən halda vitamin və ya vitamin-mineral kompleksi yalnız həkim tərəfindən və yalnız lazım olan müayinələrdən (laborator və s.) sonra təyin olunmalıdır. Bu xüsusilə yaşlı insanlara aiddir. Xaricdə həkimlər yaşlı xəstələrə vitaminləri çox nadir hallarda təyin edirlər. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.