Yay aylarında dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaq üçün günəş kremlərindən geniş istifadə olunur .
Bəs, uşaqlar üçün hansı günəş kremləri məsləhətlidir?
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev konkret cavab verib:
“6 aydan kiçik uşaqların açıq günəş şüaları altında qalması və günəş kremlərindən istifadə tövsiyə olunmur .6 aydan böyük uşaqlar üçün kremlərdən istifadə oluna bilər .Günəş kremləri seçərkən SPF (Sun Protection Factor) – günəş şüalarından qoruma faizinə diqqət edin”.
Onun sözlərinə görə, uşaqlar üçün bu kremlər daha uyğundur:
“SPF 15 kremlər – günəş şüalarının 93%-i,
SPF 30 kremlər Günəş şüalarının 97%-i,
SPF 50 kremlər günəş şüalarının 98%-i bloklaylr və dərini qoruyur.
Gördüyünüz kimi SPF 30 kremlər həm körpə həm də böyüklər üçün ideal seçimdir. Daha yüksək SPF kremlər tövsiyə olunmur”.
Orqanik.az