Kardioloq Faina Lobjanidze yaşlı insanların ürəyinə və damarlarına zərər verən pis vərdişləri açıqlayıb.
Orqanik.az xəbər verir ki, həkim bu barədə Gazete.ru-ya danışıb. Həkimin sözlərinə görə, yaşlı insanların səhhətinə zərər vuran əsas amil hərəkətsizlikdir. Odur ki, gün ərzində çox hərəkət etmək lazımdır.
Həkim çoxlu tərəvəz yemək lazım olduğunu da xatırladıb. Eyni zamanda duz qəbulunu azaltmağı məsləhət görür.
“Orta hesabla bir insan gün ərzində təxminən 9 qram duz yeyir, amma 5 qramı keçməməsi tövsiyə olunur. Bu tendensiya təzyiqin artmasına və hipertoniyanın erkən inkişafına kömək edir”, – Lobjanidze müsahibəsində deyib.
Həkim həmçinin problemləri ürəyinizə salmamağı və xırda şeylərə görə narahat olmamağı da tövsiyə edib. (publika.az)
Orqanik.az