Hələ məşhur rusiyalı bioloq, Nobel mükafatı laureatı İlya Meçnikov (1845-1916) sübut edirdi ki, müxtəlif xəstəliklər və vaxtından tez ölümün əsas səbəblərindən biri orqanizmin yoğun bağırsaqda yığılan ziyanlı maddələrlə özü özünü zəhərləməsidir.
Bağırsaqları təmizləmək məqsədi ilə müxtəlif üsullardan istifadə olunur – aclıq, liflə zəngin olan tərəvəz salatları, tərəvəz şirələri, imalələr və s.
Rusiya Elmlər Akademiyasının Mərkəzi Klinik Xəstəxanasının aparıcı mütəxəssisi həkim-proktoloq Pavel Pletner bağırsaqları təmizləmək üçün buğda kəpəyi və kefirdən istifadə etməyi tövsiyə edir.
Orqanik.az bildirir ki, 150 ml ev temperaturunda olan kefirə (kefir olmadıqda təzə qatıqdan da istifadə etmək olar) 1 x.q. buğda kəpəyi əlavə olunur, yaxşı qarışdırılır və axşam yatmazdan əvvəl içilir.
Belə qarışığı müntəzəm olaraq həftədə 1 dəfə və ya 2 həftədən bir qəbul etmək olar.
Qarışıq həmçinin artıq çəki ilə mübarizədə də kömək edir.
Orqanik.az