Üzümün faydaları saymaqla bitməz. Lakin bəzi insanlar var ki, onlara üzüm fayda deyil, ziyan vura bilər.
Bu, təbii ki, bəzi xəstəliklər və pozulmalarla bağlıdır. Beləliklə, hansı xəstəliklər və pozulmalar zamanı üzüm yemək olmaz?
1. Şəkərlə zəngin olan üzümü şəkərli diabet zamanı yeməyi tövsiyə edilmir.
2. Piylənmədən əziyyət çəkənlər də bu meyvədən imtina etməlidir ki, orqanizmdə şəkər piyə çevrilir.
3. Üzüm faydalı orqanik turşularla zəngindir, lakin mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi zamanı bu turşular xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.
4. Orqanik.az xəbər verir ki, üzüm sağlam qaraciyər üçün çox faydalıdır. Ancaq bəzi qaraciyər xəstəlikləri zamanı (xüsusislə ağır qaraciyər sirrozu) üzümün istehlakı arzuolunan sayılmır.
5. İshal zamanı üzüm yemək olmaz.
6. Kolit (düz bağırsağı iltihabı) zamanı da üzümün istehlakı arzulunmaz sayılır.
7. Bəzi xroniki böyrək xəstəlikləri.
8. Öd kisəsi empiyeması (irinli iltihabı).
9. Həzm sisteminin onkoloji xəstəlikləri.
10. Vərəmin son mərhələləri.
11. Allergiyalar.
İstənilən halda hətta sağlam insanlar çoxlu miqdarda üzüm yeməməlidir. Bu qarında ağrılara, ağırlığa, köpə səbəb ola bilər. Üzümü qida qəbulundan dərhal sonra deyil, 1,5-2 saat sonra yeyin.
Orqanik.az