Mağazadan və ya bazardan aldığımız bir çox qidanı xüsusilə dərhal istifadə etmədiyimiz ərzaqları saxlamaq üçün soyuducuya yerləşdiririk. Ancaq bəzi qidalar var ki, heç vaxt soyuducuya qoyulmamalıdır. Çünki bu qidaları soyuducuya qoysaq bir çox xüsusiyyətini itirir , həmçinin daha tez xarab olur. Evdar.az hansı qidaların qətiyyən soyuducuya qoyulmaması haqqında araşdırmanı təqdim edir.
Yetişməmiş banan
Yetişməyən bananları soyuducuya qoymayın, yetişdikdən sonra qoymaq olar.
Çörək
Əslində təzəliyini qorusun deyə qoyulurdu, ancaq səhvdir. Əksinə, çörəyin içindəki nəmi götürüb qurudub daha tez boyatlamasına səbəb olur.
Bal
Soyuducuya qoyulan bal kristallaşaraq dadı turşuyur. Balı ən yaxşısı otaq temperaturunda saxlayın.
Kartof
Kartofu soyuducuya qoysanız içindəki nişasta donacaq və kartofa daha şirin bir dad verəcək. Buna görə kartofu otaq şəraitində saxlayın.
Qəhvə dənələri
Qəhvə dənələri soyuducuya qoyulsa bütün ləzzətini itirər.
Avokado (amerikan armudu)
Bu da bananlar kimi. Yetişmə mərhələsində soyuducuya qoymaq olmaz, ancaq yetişdikdən sonra qoymaq olar. Avokado otaq temperaturunda yetişməlidir.
Ketçup
Mayonez üçün eyni şeyi deyə bilmərik. Ancaq ketçup soyuducuya qoyulmamalıdır. Səbəbi içindəki sirkədir. Sirkə bir müddət sonra soyuducuda xarab olur və ketçupun dadını dəyişir.