Bəzi qidaların müntəzəm istehlakı təzyiqi əhəmiyyətli dərəcədə salır.
Araşdırmalar göstərib ki, orqanik (yəni təbii) nitratlarla zəngin olan qidalar təzyiqi salmağa kömək edir.
Bəzi elmi araşdırmaların nəticələrinə görə, hər gün nitratlarla zəngin olan 1-2 pors tərəvəzlərin istehlakı 24 saat ərzində təzyiqi salır və onu stabil salmağa yardım edir.
Nitratlar təbii damar genişləndirici maddələrdir ki, onların təsiri nəticəsində təzyiq aşağı düşür, qan dövranı yaxşılaşır, ürək əzələsi daha yaxşı qidalanır, ürəyə düşən gərginlik azalır.
AHA Journals nəşrində dərc olunmuş məqalədə qeyd olunur ki, Yaponiya sakinlərinin mətbəxi avropalılarla müqayisədə diyetik nitratlarla zəngin olduğu üçün yaponiya sakinləri arasında ürək-damar sistemi xəstəlikləri daha az yayılıb və onlar bunun nəticəsində daha çox yaşayırlar.
Mütəxəssislər nitratlarla zəngin olan bu kimi qidaları gündəlik rasiona daxil etməyi tövsiyə edirlər:
– Giləmeyvələr
– Banan
-Çuğundur
– Tünd şokolad
– Qarpız
– Kivi
– Yulaf yarması.
Orqanik.az