Fast-food qidalarının daha bir zərəri aşkarlanıb.
Orqanik.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Harvard universitetində aparılan araşdırmalara görə müntəzəm olaraq Fast-food-la qidalanmaq kişilər üçün olduqca zərərlidir.
Belə ki, normadan artıq Fast-food ilə qidalanmaq sonsuzluğa səbəb olur. Bu da sözügedən qidaların kişilərdə spermanın keyfiyyətini aşağı salması ilə əlaqədardır.
Araşdırmada yaşı 18-20 arası olan 3000-dən çox kişi iştirak edib. Onlardan bir qismi daima Fast-food-la qidalansa da, qalanları bu növ qidalardan tamamilə uzaq insanlardır.
Nəticələrə görə pizza, qazlı içkilər, şirniyyatlar normadan artıq və müntəzəm şəkildə qəbul olunduqda kişilərdə sonsuzluğa yol açır.
Eləcə də, sağlam və vitaminli, xüsusən də, göyərti ilə qidalanan insanların sperma keyfiyyətinin yüksək olduğu da araşdırmalar nəticəsində məlum olub.
Orqanik.az