Bu qidalar dərinin qırışmasına yol açır

Göz ətrafındakı dəri son dərəcə incədir və elastikliyi zəifdir. Bundan başqa, bu hissəni gərgin saxlayan yalnız bir əzələ var.

Odur ki, göz ətrafı asanlıqla qırışır. Gözaltı şişkinliyin əsas səbəblərindən biri yuxusuzluq olsa da, qidalanmanın da burada payı az deyil.

Publika.az bu yazıda oxuculara gözətrafı dəriyə həm mənfi, həm də müsbət təsir edən qidaların siyahısını təqdim edir.

Konservləşdirilmiş noxud və lobya

Noxud və qara lobya kimi konservlər içərisinə çox natrium daxil olduğundan sağlamlığımız üçün zərərlidir. Bu, bir çox sağlamlıq probleminə yol aça və gözətrafının şişməsinə səbəb ola bilər. Bu səbəblə onları bişirməzdən əvvəl natriumun çıxması üçün yaxşıca yaxalayın və ya suda saxlayın.

Pomidor

Pomidor solanin ehtiva edən bitki qrupuna aiddir. Solanin iltihablanma və şişkinliyə səbəb olur. Bu baxımdan rasiona həddən artıq pomidor daxil etməyin.

Qlüten dözümsüzlüyü

Buğda, arpa və ya çovdar allergiya və ya qluten dözümsüzlü varsa, bunlardan hazırlanan hər hansı biri məhsulu yemək şişkinlik yaradır.

Laktoza dözümsüzlüyü

Laktoza dözümsüzlüyü xüsusən yeniyetmələrdə və dünya əhalisinin təxminən 65 faizində rast gəlinir. Lazımsız şişkinliyin olmasına səbəb olan süd və süd məhsullarından uzaq durun. Buraya dondurma da daxildir!

Rafinə edilmiş şəkər

Şəkər ağla gələn ən enflamatuar (iltihablanma) qidalardan biridir. Bədənin hər yerində iltihablanmaya səbəb olur, xüsusilə bu hal gözlərin ətrafında daha aydın şəkildə özünü göstərir. Çünki dəri incədir və şişməyə meyillidir. Süni şəkər və ya qatqılar gözətrafı üçün dəri üçün təhlükəlidir.

Qırmızı istiot

Pomidorlar kimi, qırmızı bibərlər də eyni kateqoriyaya daxildir. Pomidordan tək fərqi odur ki, tərkibinə toxumaların yanmasına və iltihablanmalarına səbəb ola biləcək kapsaisin adlı birləşmə daxildir. Və bu iltihab gözlərinizin ətrafında asanlıqla yarana bilər.

Gözətrafı üçün faydalı qidalar

Cəfəri

Cəfəri böyrəklərdə yaranan bədəndəki artıq mayeni atır. Səhərlər gözətarfında şişkinlik və qara halqalar yaranırsa, müntəzəm olaraq cəfəri yeməyə laqeydlik etməyin.

Yulaf püresi

Gözaltı torba və şişkinliyi azaltmaq üçün səhər yeməyində yulaf püreyə üstünlük verin. Yulaf lif baxımından zəngindir və bağırsaq hərəkətlərini asanlaşdırır, beləliklə, şişi azaldır.

Avokado

Avokado gözlərə daha çox maska kimi daha effektlidir. Onu dilimləyib gözünüzün üstünə yerləşdirin. Təxminən 10 dəqiqə qədər saxlayın. Tünd halqalar K vitamini çatışmazlığından qaynaqlanır, avokado isə bu məsələdə zəngindir.

Soyuq xiyar

Soyudulmuş xiyar dilimlərini gözünüzə qoyub 10-15 dəqiqə saxlayın. Bu, yorğun gözləri canlandırmaq və işıqlandırmaq üçün effektli üsuldur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.