Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır. Vacib SƏBƏB

Bildiyimiz kimi, Yaponiya alimləri qan qruplarının insan sağlamlığına olan təsirinin araşdırması ilə çox sıx məşğul olurlar.

Belə araşdırmalardan biri aşkar edib ki, 1-ci qan qrupu olanlarda digər qruplarla müqayisədə ciddi travma aldıqdan sonra ölüm riski daha yüksəkdir.

Bu səbəbdən mütəxəssislər qeyd edir ki, 1-ci qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalı, müxtəlif travma, qəza və s. bədbəxt hadisələrin profilaktikasına ciddi yanaşmalıdır.

Orqanik.az Critical Care jurnalına istinadla xəbər verir ki, alimlər araşdırma zamanı 900 təcili yardım  xəstəsinin xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, 1-ci qan qrupu olanlarda ciddi travma zamanı ölüm riski 28%, digər qruplarda isə 11%-dir.

Mütəxəssislər qeyd edir ki, bunun əsas səbəbi 1-ci qan qrupu olanlarda qanın daha duru olması və daha gec qatılaşmasıdır. Qanın qatılaşmasına cavabdeh olan zülal 1-ci qan qrupunda daha azdır.  

Lakin 1-ci qan qrupunun bu xüsusiyyəti damarlarda trombların riskinin azalmasına səbəb olur. Bundan əvvəl aparılmış araşdırmalar həqiqətən göstərib ki, 2,3 və 4-cü qan qruplarında 1-ci qan qrupu ilə müqayisədə tromblaşmanın riski daha yüksəkdir.    

2017-ci ildə Avropa kardioloqlar cəmiyyətinin iclasında 1,3 mln insanın iştirakı ilə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Alimlər məlumat veriblər ki, 1-ci qan qrupu olan insanlarda ürək xəstəliklərinin riski digər qruplarla müqayisədə 9% daha azdır. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.