Qana rəsmiləri təhlükəli və nadir Marburq qızdırması barədə faktı təsdiqləyib.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, “yaşıl meymun xəstəliyi” adlanan bu qızdırma neçə müddət idi ki, insan populyasiyasında yox idi.
“Ölkədə 2 nəfərdə Marburq virusuna yoluxma halı aşkarlanb. Aparılan testlər bunu təsdiq edib. Qaana rəsmiləri bundan narahatdır” – deyə rəsmi məlumatda yazılıb.
2 xəstə və 98 nəfər onlarla təmasda olanlar karantinə alınıb.
Qeyd edək ki, marburq qızdırması Nil, Ebola, Lassa qızdırması kimi xüsusi təhlükəli infeksiyalar qrupuna daxildir.
Ölüm faizi 35-30%-dir. İnfeksiya alovlanması zamanı hətta 90% çata bilər.
Virus ilk dəfə 1967-ci ildə aşkarlanıb və alman şəhəri Marburqun şərəfinə adlandırılıb.
Orqanik.az